Leyb-Qvardiyanın Qafqaz eskadronu

Leyb-Qvardiyanın Qafqaz eskadronu — Leyb-Qvardiya-Rusiya imperatorlarını mühafizə edən xüsusi birlik idi. 18 may 1811-ci ildə mühafizə xidməti, 18 noyabr 1856-cı ildə isə Qafqaz eskadronu yaranıb. Bu birlik bir neçə eskadrondan ibarət idi. Əsası Qafqaz eskadron sayılırdı. Bu eskadron özündə 4 taqımı birləşdirirdi.

  • 1-ci taqım-provaslav gürcü knyaz və zadəganlarından ibarət gənclərdən
  • 2-ci taqım-Terski diyarının əsilzadə dağlı gənclərindən
  • 3-cü taqım-Dağıstanın və Acarıstanın əsilzadə gənclərindən
  • 4-cü taqım-Zaqafqaziyanın müsəlman xan və bəy soylarından ibarət gənclərdən

Digər qvardiyalardan fərqli bu eskadron birbaşa Sankt-Peterburq hərbi dairəsinə bağlı idi. Bu eskadron imperatoru və məiyyətini müşayiət edirdi. Çarın qərar tutduğu Krasno Selo (Красно Село) düşərgəsində yerləşirdi. Eskadronun bəzi üzvləri Krım müharibəsində1877–1878 Rusiya-Osmanlı müharibəsində rus ordusunun tərkibində iştirak ediblər. Rusiya imperatorununun konvoyunda xidmət göstərən sonuncu azərbaycanlı 1903-cü ilin aprel ayında Leyb-Qvardiyanın Kuban eskadronunda sotnik rütbəsində xidmətə başlamış Aleksandr Rzaqulu Mirzə olub.[1] 30.03.1917-ci ildə eskadron buraxılıb.

Eskadronun azərbaycanlı qvardiyaçıları

[redaktə | mənbəni redaktə et]
Hərb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
  1. Azərbaycanlılar Rusiya imperatorlarının konvoyunda Arxivləşdirilib 2021-08-31 at the Wayback Machine Eldar Elxan oğlu İsmayılov, İrs jurnalı, № 2 (80), 2016