Leyla Cavadova (19 fevral 1993; İrkutsk, Rusiya) — Azərbaycanı təmsil edən qadın boksçu.
Leyla Cavadova | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Leyla Cavadova |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | İrkutsk, Rusiya |
İdman növü | Boks |
Boyu | 174 sm. (5 ft 6 in) |
Leyla Cavadova 2011-ci ildə Niderlandın Rotterdam şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Cavadova 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə İsveç nümayəndəsi Anna Laurell ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (RSC).[1]
Daha sonra Leyla Cavadova 2014-cü ilin 31 may-8 iyunda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Cavadova 1/4 final mərhələsində Rumıniya nümayəndəsi Ana Patrascuya qalib gəlsə də (3:0), 1/2 final mərhələsində Almaniya təmsilçisi Sarah Şeuriça məğlub oldu (0:3) və Avropa Çempionatının bürünc medalına sahib oldu.[2]
Leyla Cavadova 2014-cü ilin 16-24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Cavadova 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Avstriya nümayəndəsi Kaye Scotta məğlub oldu (0:2) və mübarizəsini dayandırdı.[3]
2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Leyla Cavadova, turnirin 1/8 final mərhələsindəcə Rusiya nümayəndəsi Yaroslava Yahuşinaya məğlub oldu (0:2) və mübarizəsini dayandırdı.[4]
Leyla Cavadova 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında da mübarizə apardı. Cavadova 1/4 final mərhələsində Xorvatiya nümayəndəsi Lucia Brhjacaya qalib gəlsə də (3:0), 1/2 final mərhələsində Türkiyə təmsilçisi Elif Güneriyə məğlub oldu (0:3) və Avropa Çempionatının bürünc medalına sahib oldu.[5]
Avropa Çempionatı | Niderland | |||
Avropa Çempionatı | Rumıniya | |||
Dünya Çempionatı | Cənubi Koreya | |||
Avropa Oyunları | Azərbaycan | |||
Avropa Çempionatı | Bolqarıstan |