Leyla ilə Məcnun (türk. Leyla ile Mecnun) — EfLAtunfilm kinoşirkəti tərəfindən istehsal olunub 3 mövsüm TRT 1-də yayımlanmış və final bölümü olmadan yayımdan çıxardılmış absurd komediya janrında Türkiyə teleserialıdır. Serial əfsanəvi obrazlar Leyli və Məcnunun hekayəsinə bənzədilmiş və seriala absurd komediya, elmi fantastika janrları da əlavə edilmişdir.
Leyla ilə Məcnun | |
---|---|
türk. Leyla ile Mecnun | |
Janr | Absurd komediya |
Rejissor |
Onur Ünlü Eyüp Boz Murat Onbul |
Ssenarist | Burak Aksak |
Rollarda |
Ali Atay Ezgi Asaroğlu Zeynep Çamcı Müge Boz Melis Birkan Ahmet Mümtaz Taylan Serkan Keskin Osman Sonant Cengiz Bozkurt Köksal Engür |
Şüar | Kendi çölünde kaybolanların hikayesi |
Bəstəkar |
Alper Atakan |
İstehsalçı ölkə | Türkiyə |
İl | 2011-2013 |
Studiya | EfLAtunfilm |
Dil | Türkcə |
İlk çıxış tarixi | 9 fevral 2011 |
Rəng | HDTV |
Mövsüm sayı | 3 |
Seriya sayı | 104 |
Seriya vaxtı | 80 dəqiqə |
Davametmə müddəti | 9 fevral 2011-17 iyun 2013 |
Telekanal | TRT 1, TRT 1 HD |
IMDb | ID1831164 |
Format | 4:3 (1-60 bölümlər), 16:9 (61-104 bölümlər) |
Sonrakı | Ben de Özledim |
Ssenari müəllifi Burak Aksak, rejissoru Onur Ünlü olan serialın 1-ci bölümü 9 fevral 2011-ci il tarixində TRT 1 telekanalında yayımlanmışdır. Son bölüm sayılan 103-cü bölüm isə 17 iyun 2013-cü il tarixində yayımlanmışdır. Daha sonra isə TRT 27 yanvar 2014-cü il tarixində 104-cü bölümü də yayımlayacağını açıqlamışdır.[1]
Serialın 12-ci və 13-cü bölümlərində "Behzat Ç." serialı ilə ortaq səhnələri vardır. Serial bununla Türkiyədə ilk dəfə fərqli kinoşirkətlərə məxsus serialların bir-birilərinə qonaq olmasını etmişdir.[2] Leyla ilə Məcnun bitəndən sonra filminin də çəkilməsi planlaşdırılırdı. Lakin bəzi aktyorların və aktrisaların serialdan ayrılmasına və final bölümünün olmamasına görə film çəkilmədi.[3]
Bir gündə eyni doğum evində dünyaya gələn iki körpəni çarpayının az olmasına görə yan-yana yatırdırlar. Körpələrə əfsanəvi aşiqlər Leyli və Məcnunun adlarını qoyurlar. Həmin vaxtdan 25 il keçir. Ailəsi vəziyyəti Mecnuna deyir. Leylaya elçi gedirlər. Mecnun bundan narahat olsa da Leylanı görən kimi aşiq olur. Onu cəlb etmək üçün nə edəcəyini bilməyən Mecnun bir dəfə yuxusunda Aksakallı Dedeni görür. Aksakallı Dedenin yuxudan çıxıb Mecnunla birlikdə yaşamağa başlaması ilə aləm biri-birinə dəyir. Mecnun Leylanı avtomobil qəzasında itirir. Bunu qəbul edə bilməyən Mecnun 1 il heç kimlə danışmır. Daha sonra Leylanın orqanlarının bağışlandığını eşidir. Leylanın ürəyini alan Şirin və ciyərini alan Sedeflə tanış olur. Bir tərəfdə mədəniyyəti və dünyagörüşü zəngin olan Şirin, digər tərəfdə isə özü kimi təmizqəlbli olan Sedef olur. Mecnun ikisi ilə də görüşür, amma xoşbəxt olmur. Şirin ve Sedef məhəllədən gedirlər. Səhraya düşən Mecnun daha sonra atasının keçmiş dostu olan Ömerin qızı Leylaya aşiq olur.
Serial 3 mövsüm yayımlanmış, ancaq 4-cü mövsümə başlamadan efirdən çıxardılmışdı. Həmin aktyor heyəti "Ben de Özledim" serialına çəkilmişdilər. Serialın birinci bölümündə ssenari müəllifi Burak Aksak "Leyla ile Mecnun" serialının final bölümündə nələr baş verəcəyini danışmışdı.
Mecnun məktəbdə oxuyarkən maşın qəzası keçirdən və qəza nəticəsində iflic olan bir oğlandır. 103 bölüm yayımlanmış serialda olanlar əslində iflic olan Mecnunun xəyallarında olanlardır. Anası Mecnundan bezərək evdən çıxıb gedir. Taksi sürücüsü İskender də işdən çıxıb oğlu ilə maraqlanmağa başlayır.
"Leyla" adı Mecnun məktəbdə oxuyanda aşiq olduğu qızın adıdır. Sadəcə adını bilir, qızın özü ilə danışmayıb. Leylanı tam xatırlamadığı üçün serialda 3 fərqli "Leyla" obrazı olmuşdu. "Leyla" obrazının tez-tez dəyişməsinin başqa səbəbi də Mecnun izlədiyi seriallarda gördüyü qız obrazlarıdır. Bu obrazlara aşiq olduğu üçün öz aləmində Leylanı gördüyü aktrisalara bənzətməsidir.
"Erdal Bakkal" obrazı əslində atasının Mecnuna yemək yedirərkən masadakı duz qabıdır. Atası çox vaxt "Erdal sifarişləri gətirdi" dediyi üçün Mecnun Erdalı duz qabı kimi xəyal etmişdi.
"İsmail Abi" obrazı Mecnun yatağının qarşısında olan akvariumdakı Yapon balığıdır. Balıq rənglidir. "İsmail Abi" obrazının rəngli geyinməsinin səbəbi məhz budur. Mecnunun atası İskender akvariuma bir balıq da qoymuşdu, amma ertəsi gün balıq ölmüşdü. Buna görə də Mecnun "İsmail Abi" obrazını həmişə hüznlü təsvir etmişdi.
"Yavuz" obrazı gecələr pəncərədən içəri girən ağac budaqlarının kölgəsidir. Kölgələr ancaq gecə göründüyü, qara rəngdə olduğu və pəncərədən göründüyü üçün Mecnun kölgəni oğru kimi xəyal etmişdi. Serialın heç bir səhnəsində Yavuz qapıdan içəri girmirdi.
"Ak Sakallı Dede" obrazı Mecnuna iynə vuran həkim, iynə isə "Ak Sakallı Dede" obrazının əsasıdır. Ak Sakallı Dede Mecnunun orqanizmindəki mikroblarla, yəni kabusla mübarizə aparır.
Serial yayımlandığı ilk gündən etibarən sosial şəbəkələrdə ən çox danışılan mözvu olmuşdu.[4] Bir müddət sonra isə "fenomen" adını almışdı. "Leyla ile Mecnun" Türkiyədəki ən yaxşı absurd komediya serialı və ən yaxşı TRT serialı kimi tanınır.[5] Daha sonra serialla xarici ölkələrin televiziya kanalları da maraqlanmağa başlamışdı. Çinin "CCTV" kanalı da serialı yayımlamışdı.
IMDb-də 15.098 səsdən 9.3/10 bal alan "Leyla ile Mecnun" saytın ən yaxşı teleserialları siyahısında ilk 10-luqda yer almışdı (hal-hazırda ilk 20-likdədir).[6] Bu uğuru qazanmış ilk Türkiyə serialıdır. Serial bəzi xarici ölkələrdəki saytlarda ingilis subtitrları ilə yayımlanırdı. 51-ci seriyadan etibarən hər həftə yayımlandığı saat ərzində Twitter-da dünyanın ən çox danışılan mövzularından biri idi.