Mehmet Cengiz Bozkurt (24 dekabr 1965[1], Nevşəhər) — Türkiyə aktyoru.
Cengiz Bozkurt | |
---|---|
türk. Mehmet Cengiz Bozkurt | |
Doğum tarixi | |
Doğum yeri | Nevşehir, Türkiyə |
Vətəndaşlığı | Türkiyə |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1990 — h.h. |
IMDb | ID1892960 |
Vikianbarda əlaqəli mediafayllar |
Cengiz Bozkurt 1964-ci ildə Nevşehirə bağlı Gülşehirdə doğuldu. Bir bacısı vardır. Atası Ziraat Bankının müdürü idi. 9 yaşına qədər Nevşehirdə, 15 yaşına qədər Adapazarında , daha sonra Ankarada yaşadı. Ankara Atatürk Liseyində oxudu. Sonra ODTÜ Fizika fakültəsinə girdi. 1984 - 1990 arası burada oxuyarkən ODTÜdə kampusda gördüyü bir elanla teatr birliyinə qatıldı. 1990-cı ildə ikinci kursdaykən teatrçı olmağa qərar verib universitetdən ayrıldı və universitetdə tanış olduğu bir İngilis dili Müəlliməsi ilə evlənib İngiltərəyə getdi. 14 illik İngiltərə macərasını taksi sürücüsü, qabyuyan, qarsonluq, dəzgahdarlıq, məhkəmə tərcüməçisi kimi işlərdə çalışdı. Yaxşı dərəcədə ingiliscə bilməsi səbəbi ilə, Londondakı qürbətçi dərnəklərində nümayəndəlik etdi. Son illərdə orada fəaliyyət göstərən bir təhsil müəssisəsində Türkcə teatr yaratmağa başladı. Türkcə teatrın yanında 40 nəfərlik bir xoru vardı, konsertlərə gedib mahnılar söyləyərdilər.
Sonra İngiltərədə yenidən universitetə girdi. London Universitetinə bağlı Goldsmiths, University of Londonda-"BA Media and Communications" fakültəsindən (Goldsmiths Gözəl Sənətlər Fakültəsindən) 1996 da məzun oldu. Bu bölmədə Televiziya, Kino və Əlaqə öyrəndi.
2000-ci ildə Londonda qurucuları arasında olduğu, Arcola Theatre'ın Ümumi İncəsənət rejissoru oldu.
2003-cü ildə Türkiyəyə döndü, amma oradakı evini bağlamadı İngiltərə və Türkiyə arasında get-gəl edirdi.
Teatr oyunlarını idarə edirdi. Teatrdakı müvəffəqiyyətindən sonra televiziya və kinoda işə başladı. Kamera qarşısında etdiyi işlərdə də teatrda olduğu kimi əhəmiyyətli təsir əldə etdi. O, oynadığı seriallarda rolları ilə fenomenlər yaratdı.
2008-ci ildə çəkilən "Parmaklıklar Ardında" serialının xain gözətçisi Ekrem roluyla tanınan Cengiz Bozkurt, "Leyla ile Mecnun" serialındakı Erdal Bakkal rolu ilə də son dövrlərin ən çox danışılan adlarından biri oldu.
2010-cu ildə 47. Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalında "Kavşak" filmindəki rolu ilə "Ən yaxşı köməkçi kişi oyunçu mükafatı" qazanmışdır.
Cengiz Bozkurt, 2014-cü ildə rejissorluğu və ssenarisi Cem Yılmaza aid olan "Pek yakında" kinofilmində Cem Yılmaz, Zəfər Algöz, Özkan Uğur, Ozan Güvən, Çağlar Çorumlu, Tülin Özen, Zerrin Tekindor, Hare Sürel, Şirincan Çakıroğlu, Ayşen Gruda və Ülkü Duru kimi aktyorlarla birlikdə iştirak etdi.
2016-cı ildə baş rollarında Selen Şoyder, Can Yaman, Cengiz Bozkurt, Altan Erkekli, Gül Onat, Bülent Şakrak, Mehtap Bayri, Deniz Oral və Veysel Dikerin iştirak etdiyi "Hangimiz Sevmedik" adlı serialda (Şener) rolunu canlandırdı.
1-ci evlilik: 1990-cı ildə İngilis dili müəllimi evləndi. Çağlayan adlı bir qızı var (d.1991).
2-ci evlilik: İngiltərədə tanış olduğu Modelyer Xədicə Kavak xanım ilə 2008-ci ildə evləndi. 2012-ci ilin noyabr ayında Sena adlı bir qız uşağı oldu
2011 - Bulanık (oyun) : Simon Stephens - ikincikat
2007 - Anna Krı
2005 - Küller Küllere - Birde Yolluk : Harold Pinter - Aksanat "Yeni Kuşak Tiyatro"
2004 - Aşk Delisi : Sam Shepard - Aksanat "Yeni Kuşak Tiyatro"
2003 - Inishmore'lu Yüzbaşı
2006 - Kumarbazın Seçimi : Patrick Marber - Kent Oyuncuları
Oyunçu : 2017 - Mutluluk Zamanı (Tarık)
2017 - Görünen Adam
2016 - Sen Benim Herşeyimsin (Birol)
2016 - Küçük Esnaf
2016 - Hangimiz Sevmedik (Şener)
2016 - Görünen Adam
2016 - Dr. Dilara
2016 - Deli Dumrul
2016 - 50 Metrekare
2015 - Kara Bela (Kudret)
2014 - İyi Biri
2014 - Pek Yakında (Suat Güneş)
2014 - 2015 - Kocamın Ailesi (Dilaver)
2014 - Home Ofis
2014 - Eyyvah Eyvah 3 (Organizasiya)
2014 - Bana Masal Anlatma (Nafi)
2013 - Sevdaluk (Muhtar Ali)
2013 - Sen Aydınlatırsın Geceyi (Nazım)
2013 - Ben de Özledim (Cengiz)
2013 - 2014 - Aramızda Kalsın (Halil)
2012 - Uzun Hikaye (Müstahdem)
2012 - Takip: İstanbul
2012 - Kod Adı Venüs (Adamos)
2012 - Berlin Kaplanı (Emlakçı Tayyar)
2011 - Öz Hakiki Karakol (Hasan)
2011 - Vücut (Yılmaz)
2011 - 2012 - Leyla ile Mecnun (Erdal Bakkal)
2011 - Celal Tan ve Ailesinin Aşırı A... (Hakkı)
2011 - Can (Fevzi)
2010 - Unutma Beni İstanbul
2010 - Kaybedenler Kulübü
2010 - Kavşak (Vedat)
2010 - Behzat Ç. Bir Ankara Polisiyesi (Erdal)
2009 - Ay Lav Yu (Saido)
2008 - Hüküm
2008 - Gökten Üç Elma Düştü (Mafya)
2008 - Gitmek: Benim Marlon And Brand... (Azad)
2008 - For a Moment, Freedom (Otel Şefi)
2008 - Devrim Arabaları (Ender)
2007 - Yumurta
2007 - Taş Yastık
2007 - Sevgili Dünürüm (Osman)
2007 - Pazar- Bir Ticaret Masalı (Hasan (Taraftar))
2007 - 2009 - Parmaklıklar Ardında (Gardiyan Ekrem)
2006 - Karagümrük Yanıyor (Sıtkı)
2006 - Ezo Gelin (Duran)
2005 - Seni Çok Özledim (Serhan Ertunç)
2005 - Kırık Kanatlar (Eşkiya Şeref)
2005 - Körfez Ateşi (Seslendirme)
2003 - Kurtlar Vadisi (Adnan Erdoğan Seslendirmesi)