Leysan Məmmədov

Məmmədov Leysan Novruz oğlu (3 yanvar 1963, Aşağı Quşçu, Tovuz rayonu) — Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin direktoru, Əməkdar Mühəndis[1]

Leysan Məmmədov
Leysan Novruz oğlu Məmmədov
Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin direktoru
Şəxsi məlumatlar
Doğum tarixi (60 yaş)
Doğum yeri SSRİ, Azərbaycan SSR, Tovuz rayonu Aşağı Quşçu kəndi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Partiya Yeni Azərbaycan Partiyasının loqosu.png Yeni Azərbaycan Partiyası
Təhsili Ali
İxtisası İnşaatçı-mühəndis, hüquqşünas
Elmi fəaliyyəti
Tanınır Dövlət xadimi

Təltifləri "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2014
"Tərəqqi" medalı
Dini İslam

Həyatı[redaktə | mənbəni redaktə et]

Leysan Məmmədov 3 yanvar 1963-cü ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuşdur. 1971-ci ildə Aşağı Quşçu kənd orta məktəbinə daxil olmuş və 1980-ci ildə həmin orta məktəbi müvəffəq qiymətlərlə bitirmişdir.

L. N. Məmmədov 05 noyabr 1980-ci il tarixdən Bakı Baş Tikinti İdarəsinin Təmir-Tikinti İdarəsində fəhlə kimi ilk əmək fəaliyyətinə başlamışdır. Sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağrılmış və 1981–1983-cü illərdə hərbidə xidmət etmişdir.

Ordudan tərxis olunduqdan sonra o, 1983-cü ilin 12 dekabrından yenidən doğma kollektivə — BBTİ-nin Təmir Tikinti İdarəsinə qayıtmış və 2-ci dərəcəli rəngsaz kimi işə başlamışdır. Bu peşədə bir neçə il ərzində çalışaraq rəhbərliyin etimadını doğruldan gənc Leysan Məmmədov 1987-ci ilin yanvar 4-ündən həmin idarənin baş mexaniki vəzifəsinə təyin olunur və bu işində də üzərinə düşən bütün tapşırıqları məsuliyyətlə və vicdanla yerinə yetirir.

L. N. Məmmədov daha sonra – 1988-ci idən tikinti ustası və iş icraçısı, 1991-ci ildən isə Təmir Tikinti İdarəsinin rəisi təyin olunmuş və 1992-ci ilə kimi idarənin uğurlar qazanmasına nail olmuşdur.

O, 04 may 1992-ci ildən RQTİ trestinin baş mühəndisi, 01 oktyabr 1993-cü ildən isə həmin trestin müdiri vəzifəsinə təyin olunmuşdur. L. N. Məmmədov 28 aprel 1995-ci tarixdən Bakı Baş Tikinti İdarəsinin "Tikintikonstruksiya" İstehsalat Birliyində baş direktorun tikinti üzrə müavini vəzifəsinə təyin olunmuşdur.

O, 06 mart 1996-cı il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsinin nəzarət-təftiş idarəsində baş müfəttiş vəzifəsinə işə qəbul olunmuşdur. O, daha sonra – 15 yanvar 1998-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Əmək Müfəttişliyinin Mərkəzi Aparatında nəzarət şöbəsində əmək müfəttişi, 27 iyul 1998-ci ldən isə baş əmək müfəttişi vəzifəsində çalışmışdır. 01 sentyabr 2003-cü ildə ona baş məsləhətçi 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir.

Mühəndis, hüquqşünas və iqtisadçı ixtisaslarına malikdir.

L. N. Məmmədov 22 noyabr 2006-cı ildən 09 fevral 2009-cu il tarixə kimi Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətində direktor müavini, 09 fevral 2009-cu il idən hal-hazıra qədər isə Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin direktoru vəzifəsində çalışır.

L. N. Məmmədov Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin direktoru kimi üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. Belə ki, o, gənclər və idman obyektlərində aparılan tikinti-quraşdırma və təmir-tikinti işlərinin layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə, vaxtında və yüksək keyfiyyətlə tikilib istifadəyə verilməsinə nəzarət edir, başa çatmış obyektləri baş podratçı ilə birgə qəbul komissiyasına təqdim edir, podratçı təşkilatla müqavilə bağlanmasını təmin edir, aparılan tikinti-quraşdırma və təmir-tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun aparılmasına, texniki nəzarət etdiyi obyektlərdə aparılan işlərin tikinti norma və qaydalarına uyğunluğuna nəzarət edir, tikinti prosesində ortaya çıxan digər məsələləri həll edir.

2006-cı ildən bu günə kimi Leysan Məmmədovun bilavasitə rəhbərliyi altında respublikamızın əksər bölgələrində onlarla gözəl memarlıq nümunəsi olan olimpiya idman kompleksləri tikilərək gənclərin istifadəsinə verilmişdir.

Rəhbərliyi altında tikilən obyektlər[redaktə | mənbəni redaktə et]

Şəmkir, Hövsan, İsmayıllı, Şağan Olimpiya İdman Kompleksləri (2009-cu il); Ağdaş, Göyçay, Balakən OİK-ləri, Kür Avarçəkmə müəssisəsi (2010-cu il); Tovuz, İmişli, Sumqayıt, Qəbələ Olimpiya İdman Kompleksləri (2011-ci il); Astara OİK, Səadət Sarayının çox yüksək səviyyədə yenidən qurulması, Tofiq Bəhramov adına Stadionun yenidənqurma işləri (2012-ci il); Qobustan İdman zalı, Şirvan, Xaçmaz, Qax, Saatlı, Göygöl , Ağcabədi, Abşeron, Neftaçala, Goranboy, Tərtər, Lənkəran, Yardımlı, Yevlax rayonlarında və Qala qəsəbəsində Olimpiya İdman Komplekslərinin tikintiləri (2013-cü il); respublikamızın bölgələrində çoxlu sayda idman zalları, gənclər evləri, futbol meydançaları və digər idman obyektləri…

Bakıda keçirilən Birinci Avropa Oyunları üçün tikilən bütün obyektlərə nəzarət Leysan Məmmədov tərəfindən həyata keçirilmişdir.

Leysan Məmmədovun əməyi işlədiyi bütün dövrlərdə rəhbərlik və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.

O, "Dünya Azərbaycanlıları" İctimai Mərkəzinin respondentlər arasında keçirdiyi rəy sorğusunun nəticələrinə görə 2009-cu ildə "Qızıl Buta" Mükafatı ilə təltif olunmuş, "Olimpsport" jurnalının 2011-ci ilin yekunları ilə bağlı keçirdiyi sorğunun nəticələrinə görə isə "İlin ən yaxşı idman xadimi" seçilmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, iki övladı var.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Leysan Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 dekabr 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycanda idman sahəsinin inkişaf etdirilməsində xidmətlərinə görə "Əməkdar Mühəndis" fəxri adına layiq görülmüşdür.[2].

O, Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2014-cü il tarixli Sərəncamı ilə "İnşaatçılar Günü" peşə bayramı ilə əlaqədar olaraq, Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbycan Tikinti Kompleksinin Ensiklopediyası" kitabı, III cild, səhifə: 146–149.
  2. "Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2010-cu il tarixli, 1249 nömrəli Sərəncamı". e-qanun.az (azərb.). 24 dekabr 2010. 2017-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2016.
  3. "İnşaat işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2014-cü il tarixli, 371 nömrəli Sərəncamı". e-qanun.az (azərb.). 10 aprel 2014. 2018-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2016.