LiAnna Uorner (ing. LeeAnna Susan Marie Warner; d. 21 yanvar 1998 - itkin düşüb 14 iyun 2013, Minnesota, Çizolm) — qaçırılan və qətl hadisəsi ilə 14 iyun 2003-cü ildə Minnesota Çizolm şəhərindən itkin düşən bir qız. İtkin düşdüyü gün LiAnna axırıncı dəfə bir dostunun evindən evə 5:00 - 5:15 arası gedərkən görüldü. Sonuncu dəfə ikinci və ya üçüncü küçənin cənub-qərbində görüldü. O, itkin düşəndə 5 yaşında idi.[1]
LiAnna Uorner | |
---|---|
ing. LeeAnna Susan Marie Warner | |
Doğum tarixi | |
Yoxa çıxıb |
|
Status | 21 il, 4 həftə və 1 gün axtarışdadır |
Vəfat tarixi | 31 mart 2015 (16 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Atası | Kristofer Uorner |
Anası | Tiffani Kelin Uittaker |
LiAnnanın qaçırıldığına dair hər hansı bir sübut olmasa da, polis bunun daha real bir variant olduğunu iddia edərək sadəcə gəzdiyi təqdirdə onu tapacaqlarına inanırdılar.
Bu illər ərzində polis 1700-dən çox nişanə tapdı. Ancaq çox az dəlil ilə onlar heç vaxt konkret şübhəlini tapa bilmədilər.[1] LiAnna bu vaxta qədər tapılmadı və onun işi həll olunmamış qalır.
Uorner ailəsinə Tiffani Kelin Uittaker, Kristofer Uorner və qızları LiAnna Uorner daxildir.[2] LiAnnanın valideynlərinin hər ikisi əvvəllər boşanmışdılar. Kristofer və Kelin görüşdülər, 1996-cı ilin sonuna doğru birlikdə yaşadılar və Kelin 21 fevral 1998-ci ildə LiAnnani dünyaya gətirdi.[1] Uornerlər LiAnna itkin düşməmişdən bir neçə ay əvvəl Çizolm şəhərinə köçmüşdülər.[3]
LiAnna yaşına görə olduqca inkişaf etmiş sayılan sağ qalma instinktlərinə sahib nəcib, dostcanlı və cəsarətli bir uşaq kimi təsvir edildi. O, gəlinciklərlə oynamaqdan, velosiped sürməkdən və ailəsi ilə vaxt keçirməkdən zövq alırdı.[3]
14 iyun 2003-cü ildə LiAnna dostunun evindən evinə ayaqyalın gedərkən görüldü, bu da təxminən öz evi ilə dostunun evi arasında bir blok yarım məsafə demək idi.[3]
Kelin Uorner səlahiyyətlilərə Side Lake Rummage Saledən evə yenicə qayıtdıqlarını məlumat verdi. Kelin LiAnnanın istirahət etməli olduğunu bildirməsinə baxmayaraq, qızı bir neçə küçə aralıda yaşayan dostu ilə oynamağa getmək istədiyinə qərar verdi. LiAnna sonuncu dəfə ikinci və ya üçüncü küçənin cənub-qərbində 5:00 ilə 5:15 arasında göründü.[1]
Saat 5-ə qədər LiAnna evə qayıtmadı və annası narahat olmağa başladı. Axşam saat 5:30 radələrində anası qonşuluqdakı insanlardan kömək alaraq qızını axtarmağa başladı.[4] Ətrafdakı valideynlər və uşaqlar LiAnnanı axtarmaq üçün toplaşdılar.
Saat 9-a kimi geniş bir axtarış qrupu olmasına baxmayaraq, LiAnna hələ də tapılmamışdı. Həmin vaxt Kelin və Kris qızlarının itməsi ilə bağlı polisə xəbər verdilər.[1]
Çizolm Polis İdarəsi Uorner ailəsindən telefon aldıqdan qısa müddət sonra hadisə yerinə gəldi. Bu dəfə rəhbər orqanlar da daxil olmaqla başqa bir axtarış qrupu yaradıldı. Polis, yanğınsöndürənlər, yerli könüllülər və xidməti itlərlə ekspert xəfiyyələrdən ibarət qrup şəhəri axtarmağa başladılar.[5]
Onlar qarajları, anbarları, çardaxları və tərk edilmiş dəmir filiz mədənlərini yoxladılar.[5] Qrup 48 saatdan çox axtarış etdi, lakin LiAnnanın başına nə gəldiyi ilə bağlı bir ipucu tapa bilmədilər.
Onun itkin düşdüyü həftələrdə səlahiyyətlilər vertolyotlar və xidməti itlər də daxil olmaqla geniş axtarış apardılar, lakin ayın sonuna kimi onlar LiAnnanı tapa bilmədilər.[1]
LiAnnanın itkin düşdükdən bir ay sonra yerli şəhər sakini Lonqyir gölü yaxınlığında bir uşağın ayaq izlərinə rast gəldi, LiAnna itkin düşdüyü gün anası ilə göldə idi. Çizolm Polis Departamenti LiAnnanı və ya onun cəsədini tapmaq üçün göldə axtarış apardılar, lakin onun orada olması ilə bağlı başqa bir dəlil tapa bilmədilər. Qışda göl və ətraf ərazilər donduğu üçün onlar axtarışları dayandırmağa məcbur oldular.
2004-cü ilin yayında rəhbər orqanlar LiAnnanın cəsədini tapmaq üçün Çizolmda yeni bir axtarışa başladılar, ancaq yeni bir dəlil ortaya çıxmadı. O vaxtdan bəri başqa bir rəsmi axtarış planlaşdırılmadı.
LiAnna Uornerin başına gələnlərlə bağlı bir sıra şübhələr və fərziyyələr var. Lakin bu vaxta kimi onların heç birinin doğru olduğu sübut edilməyib.
Kelin və Kristofer heç vaxt şübhəli sayılmadılar və onlardan yalan detektoru testləri tələb olunmadı. Baxmayaraq ki, Kristofer keçmiş həyat yoldaşı ilə problemlər yaşayırdı. O, həmçinin Kelin və LiAnnaya qarşı təhdidlər olduğunu iddia etdi. [6]
Bu məlumatlara baxmayaraq, səlahiyyətlilər Kristoferin keçmiş həyat yoldaşı ilə əvvəlki problemlərinin qızının itməsi ilə əlaqəli olmadığını hiss etdilər. LiAnnanın yoxa çıxmasından bir neçə il sonra Kelin və Kristofer Çizolmdan köçərək, şəhərdə özlərini artıq təhlükəsiz hiss etmədiklərini və ya onlar üçün bir ev kimi olmadığını iddia etdilər.[7]
LiAnnanın yoxa çıxmasında potansial bir rolu olduğu müəyyən edilən əsas şübhəlilərdən biri, o zaman 24 yaşında olan Metyu Ceyms Kertis adlı bir şəxs idi. 2003-cü ilin avqustunda Kertis uşaq pornoqrafiyasına görə həbs olunmuşdu. O, LiAnnanın işində bir əlaqəsi olub-olmaması ilə bağlı polis tərəfindən bir neçə dəfə dindirildi.[3]
Əvvəlki ittihamları və LiAnna ilə yaxınlığı səbəbiylə səlahiyyətlilər Kurtisin gənc qızın itkin düşməsində rol oynadığından şübhələnirdilər. Ona görə onun pikapında DNT nümunələri üçün axtarış aparıldı. Onun maşınında və əşyalarında geniş bir axtarış aparılmsına baxmayaraq, LiAnnanın nəqliyyat vasitəsində olduğuna dair heç bir dəlil tapılmadı. Buna görə də Kurtisi bu işlə birbaşa əlaqələndirmək üçün bir yol yox idi.[3]
2003-cü ilin sentyabrında uşaq pornoqrafiyası ittihamı ilə bağlı yerli məhkəmədə görünməli olduğu gün Kurtisin cəsədi Çizolmdan bir neçə mil məsafədə yerləşən pikapında tapıldı. Kurtisin ölümü ilə əlaqədar istintaq bağlandı və rəsmi olaraq intihar qərarı verildi.[3]
Bununla birlikdə, onun ölümü ilə bağlı çoxlu fərziyyələr və mübahisələr var idi. Bəziləri onun öldürüldüyünə və bədəninin intihara bənzər bir vəziyyətə gətirildiyinə inanırdılar.[6] Hal-hazırda bu iddianı dəstəkləyəcək bir dəlil yoxdur.