Billi Oqastin Uilan (ing. William Augustine Whelan; 1 aprel 1935[1], Dublin, İrlandiya – 6 fevral 1958, Münxen), Billi Uilan (ing. Billy Whelan) və ya Liam Uilan (ing. Liam Whelan) kimi də tanınır ― İrlandiya futbolçusu və "Mançester Yunayted"in Münhen aviasiya qəzasında həlak olan səkkiz oyunçudan biri. Öldüyü vaxt onun 22 yaşı var idi.
Liam Uilan | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ing. Liam Whelan | |||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||
Doğum tarixi | 1 aprel 1935[1] | ||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||
Vəfat tarixi | 6 fevral 1958 (23 yaşında) | ||||||||||||||||||||||||
Vəfat yeri | |||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||
Mövqeyi | inside forward[d], hücumçu | ||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||
|
Uilan Dublin şəhərində anadan olmuşdur. O, valdeyinləri Con və Elizabet Uilanın yeddi uşağından biri idi. Billi Uilan səkkiz yaşında olarkən onun atası vəfat etmişdir.
1953-cü ildə 18 yaşında "Mançester Yunayted"ə qoşulmazdan əvvəl karyerasına "Houm Farm"da başladı. İrlandiya Respublikası millisinin heyətində dörd dəfə forma geyinsə də, qol vura bilmədi. Onun qardaşı Con "Şemrok Rovers" və "Dramkondra" klublarında çıxış etmişdir.
"Yunayted"də ilk oyununa 1954-55 mövsümündə çıxdı və qısa müddətdə əsas komanda oyunçusu olaraq dörd mövsüm ərzində 98 oyuna 52 qol vurmağı bacardı. 1956-57 mövsümündə "Yunayted"in ən yaxşı bombardiri idi: Birinci divizyonda qollarının sayı 26 idisə, bütün turnirlərdə bu say 33-ə bərabər idi. "Mançester" o dönəmlərdə ard-arda ikicni liqa çempionluğu qazanmış və Çempionlar Kuboku və Federasiya Kubokunun yarımfinalına qədər irəlliyə bilmişdir. Klubda rəqabət o qədər güclü idi ki, az keçmədən Bobbi Çarlton ona əsas heyətdə yerini almağa başladı. Münhen aviasiya qəzasından bir gün əvvəl Belqradın "Srvena Zvezda" komandasına qarşı fəlakətli Avropa Kuboku matçı üçün Serbiyanın paytaxtına yollandı, amma oyunda iştirak etmədi.[2]
8 dekabr 2006-cı ildə Dublin şəhərinin Kabra rayonunda Dalimaunt Parkın yaxınlığındaki Fasa Roud / Daut prospekti qovşağındakı dəmir yolu körpüsünün adı onun şərəfinə adlandırıldı. Körpünün adını dəyişdirmək üçün kampaniya. O, doğulduğu "St Attracta Road" küçəsinə yaxın yerləşir. Açılış mərasimi təyyarə qəzası zamanı Uilanın "Mançester Yunayted"də klub yoldaşı olan Ser Bobbi Çarlton tərəfindən aparıldı.
4 Fevral 2008-ci ildə İrlandiyanın milli poçt təşkilatı An Post hava fəlakətinin 50-ci ildönümü xatirəsinə Billi Uilanın təsvir olunduğu poçt markası buraxdı.[3]
Uilan Qlasnevin qəbirstanlığında dəfn olunub.[4]
Mançester Yunayted[5]