Liatris (lat. Liatris) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Liatris | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Liatris |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Çoxillik ot bitkisinin 35 növü Şimali Amerikanın mərkəzi rayonlarında bitir. Gülçülükdə onların 5 növündən istifadə olunur. Sünbüllü liatris (L. spicata) hündürlüyü 200 sm-ə çatan, gövdəsi tükcüklərlə örtülü olan bitkidir. Zınqırovabənzər xırda çiçəkləri sıx sünbül çiçək qrupunda toplanmışdır. Boruşəkilli gülləri mavi, qırmızı, ağ rənglidir. Bu bitkinin vətəni Kanada və ABŞ-nin şərq vilayətləridir. Gülçülükdə 1732-ci ildən istifadə edilir. Liatrisi zoğlar və toxumla çoxaltmaq mümkündür. Toxumları martın axırlarında yeşiyə əkirlər. Liatrisi əkməzdən əvvəl torpağa gübrə vürmək lazımdır. Liatrisi şitillə də yetişdirirlər. Bitkiləri 35x40 sm sxem üzrə torpağa əkirlər. Bitki payızda ya da yazda kolun bölünməsi ilə asanlıqla çoxalır.[1]
İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |