Lidiya Ponomarenko

Lidiya Ponomarenko (ukr. Пономаренко Лідія Антонівна; 16 fevral 1922, Artyom[d]3 dekabr 2013, Kiyev) — Ukraynalı diyarşunas, Kiyev və Ukrayna tarixçisi, tarixi topoqrafiya və şəhər toponimikasının tədqiqatçısı, Kiyev küçələrinin adlarına dair ensiklopedik məlumat kitabının həmmüəllifi.

Lidiya Ponomarenko
Doğum tarixi 16 fevral 1922(1922-02-16)
Doğum yeri
Vəfat tarixi 3 dekabr 2013(2013-12-03) (91 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Şimal qəbiristanlığı[d]
Vətəndaşlığı
Təhsili
  • Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universiteti[d] (19391946)
Fəaliyyəti local historian[d], topographer, land surveyor, mühəndis, xəritəşünas, tarixçi
Partiyası
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası[redaktə | mənbəni redaktə et]

Artyom mədənində şaxtaçı ailəsində anadan olmuşdur. 1939-cu ildə Krasnodonda orta məktəbi, 1949-cu ildə Moskva Geodeziya, Aerofotoqrafiya və Kartoqrafiya Mühəndisləri İnstitutunu (aerofotoqrafik geodeziya mühəndisi) bitirib. Novoşaxtinsk, Kadievkada öz ixtisası üzrə işləmişdir.

1959-cu ildən Kiyevdə ömrünün sonuna qədər yaşamış və işləmişdir. O, Kiyev Universitetinin aero üsulları laboratoriyasının əməkdaşı olub, müxtəlif institutlarda geodeziya və topoqrafiya ilə məşğul olmuşdur. 1967-1970-ci illərdə Elmi-Texniki İnformasiya İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir.

1970-ci ildən tarixi topoqrafiya və kartoqrafiya ilə peşəkar şəkildə məşğul olur. Ukrayna SSR Elmlər Akademiyasının Tarix İnstitutunun böyük mühəndis-kartoqrafı (1970–1982) kimi fəaliyyət göstərir. O, müxtəlif dövrlərə aid Ukrayna şəhərlərinin, ilk növbədə Kiyevin çoxsaylı planlarını və təsvirlərini öyrənir; onun nəzərdən keçirdiyi materiallar arasında bir çoxları ilk dəfə aşkar edilərək elmi dövriyyəyə daxil edilmişdir. Leninqradda Maksim Berlinskinin “Kiyev şəhərinin tarixi...” kitabının itmiş hesab edilən (indi nəşr olunan) əlyazması tapılır[1].

1960-cı illərdən başlayaraq o, Kiyevin toponimiyasını öyrənir, şəhər adlarının tarixinə dair geniş kartoteka tərtib edir. Onun bir sıra tapıntıları elmi və dövri nəşrlərdə dərc edilmişdir (ümumilikdə 300-dən çox nəşr). O, materiallarını və əsərlərini Ukrayna Milli Kitabxanasına təhvil vermişdir[2].

Bir çox elmi konfransların iştirakçısı olmuşdur. Mətbuatda, radio və televiziyada Kiyev və Ukraynanın mədəni irsinin müdafiəsi üçün tarixi toponimiyanın qorunmasını fəal şəkildə müdafiə edmişdir. Ukrayna Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Cəmiyyətinin Baş Şurasının üzvü olur. Uzun müddət elm və texnologiya abidələrinin Kiyev bölməsinə rəhbərlik və Ukrayna Milli Elmlər Akademiyasının Abidə Tədqiqatları Mərkəzi ilə əməkdaşlıq etmişdir.

1970-ci ildən o, adlandırma və abidə işarələri üzrə şəhər komissiyasının üzvü, bir sıra Kiyev toponimlərinin tətbiqi və dirçəlişinin təşəbbüskarı olmuşdur. Ömrünün son illərində komissiyanın fəxri üzvü olub.

"Kiyev" ensiklopedik məlumat kitabında (1981-1986-cı illərdə bir neçə dəfə yenidən çap olunub) şəhərin toponimiyasına dair materialların həmmüəllifidir. Kiyev küçələrinin adlarının tam ensiklopedik məlumat kitabını (həmmüəlliflikdə) hazırlamışdır (1995).

2013-cü ildə Kiyevdə dünyasını dəyişir. Həyatının son aylarında bir qəza səbəbiylə omba oynağının sınığı ilə əlaqədar yataq xəstəsi idi. Letki kənd qəbiristanlığında dəfn edilib.

Ailə[redaktə | mənbəni redaktə et]

Kiçik qardaşı Böyük Vətən müharibəsinin qələbəsi ərəfəsində (8 may 1945-ci il) cəbhədə həlak olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Berlinsky, M.F (1991). Історія міста Киева (in Russian). Kyiv: "Наукова Думка".
  2. ""КИЕВ САМ ПО СЕБЕ ЕСТЬ УЖЕ ДРЕВНОСТЬ"". zn.ua (Ukrainian). 2023-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.

Mənbə[redaktə | mənbəni redaktə et]