Lika Kavjaradze

Lika Kavjaradze (gürc. ლიკა ბესარიონის ასული ქავჟარაძე 26 oktyabr 1959, Tbilisi11 oktyabr 2017, Tbilisi) — Sovet və gürcü aktrisası, musiqiçi, model və rəssam.

Lika Kavjaradze
gürc. ლიკა ქავჟარაძე
Doğum tarixi 26 oktyabr 1959(1959-10-26)
Doğum yeri
Vəfat tarixi 11 oktyabr 2017(2017-10-11) (57 yaşında)
Vəfat yeri
Təhsili
  • Tbilisi Dövlət Konservatoriyası[d] (–1973)
Fəaliyyəti aktrisa, musiqiçi, model[d], rəssam

Lika Kavjaradze 26 oktyabr 1959-cu ildə Tiflisdə kimya mütəxəssisi ailəsində anadan olmuşdur. Doğulduqdan bir il yarım sonra Likanın valideynləri boşandı və atası ailəsi ilə münasibətləri davam etdirmədi. Lika əvvəlcə yeddi illik məktəbdə oxuyur. Sonra başqa bir məktəbə keçir. Burada orta təhsil alır. 1982-ci ildə Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasını fortepiano bölməsini bitirmişdir.

Lika Kavjaradze 12 yaşından bəri filmlərdə çıxış edib. Onun debütü "Badamlar çiçəklənəndə" cinayət dramında çiçəkləri olan bir qız rolu idi. Şöhrəti ona Tengiz Abuladzenin "Arzu ağacı" filmindəki Marita rolu gətirir[1]. Artıq XXI əsrdə Lika Kavjaradze gürcü rejissoru Şota Kalandadzenin bir neçə erotik qısametrajlı filmində rol almışdır. Ümumilikdə karyerası ərzində aktrisa otuz iki filmdə rol alır.

Likanın başqa bir hobbisi rəsm idi. Bu xobbisi ilə 30 yaşında, anasının ölümündən sonra məşqul olur. Kavjaradzenin şəkilləri bir neçə qalereyada sərgilənir. Ölümündən bir qədər əvvəl o, əsərlərinin başqa bir sərgisini hazırlayırdı.

Bir müddət 80-ci illərin ortalarında Lika Kavjaradze "İrida" gürcü moda evinin modeli olaraq çalışır.

Aktrisa Tiflisdəki öz mənzilində dünyasını dəyişir. Ölümün səbəbi kimi ürək tutması göstərilir[2] . Anım mərasimi Müqəddəs Üçlüyün Katedralində keçilir. Lika Kavjaradzenin xatirəsini yad etmək üçün siyasətçilər, fanatlar, dostlar və həmkarlar gəlir. Aktrisa Tiflisdəki Vake rayonundakı qəbiristanlıqda anasının qəbrinin yanında dəfn edilir.

Şəxsi həyatı və səhəti

[redaktə | mənbəni redaktə et]

Lika Kavzharadze ciddi Qafqaz ənənələrində tərbiyə olunurmuşdur. Gələcək aktrisanın qohumları onu diqqətlə idarə edirdilər, bu da Lika üçün çox ağır idi. Aktrisa 19 yaşında ilk dəfə tennis meydançasında tanış olduğu Sandro Taktakişvili ilə evlənib. Cütlüyün bir oğlu olur. Oğlu indi ABŞ-də yaşayır və vəkil kimi çalışır. Likanın əri fizik, tədqiqat fəaliyyətini davam etdirmək üçün qısa müddətdə Moskvaya köçür. Daxili iğtişaş və həyat yoldaşına qarşı zəif hisslər sonda ailənin məhvinə səbəb olur. Sonradan S. Taktakişvili ABŞ-yə yola düşür.

İkinci əri, təhsil iqtisadçısı olan Levan Şanidze ilə 7 il yaşayır. Bu evlilikdən övladları olmur. Gələcəkdə aktrisa Şota Kalandadze ilə yaxın münasibətlər qurur.

24 yaşında Lika Kavjaradze əvvəlcə depressiya ilə əlaqədar həkimlərə müraciət edir. Xəstəliyin səbəbləri naməlum olaraq qalır. Xəstəlik onu bütün həyatı boyu müşayiət edir, vaxtaşırı intihar cəhdləri ilə nəticələnir. Sinir xəstəliyi onun həyatını əhəmiyyətli dərəcədə dəyişir. Məsələn: 5 yaşında təhsil almağa başladığı musiqidə ciddi uğurlara baxmayaraq, bir ifaçı kimi karyerası bu sahədəki yüksək psixoloji stress səbəbindən tərk edilməli olur.

Lika Kavjaradze anasına çox bağlı idi. Onun ölümü aktrisa üçün ağrılı bir zərbə olur.

ABŞ-də Likanın nəvəsi Aleksandr yaşayır.

  1. "Georgian beauty Lika Kavjaradze found dead at her apartment". Georgian Journal. 11 October 2017. 11 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2017.
  2. "მსახიობ ლიკა ქავჟარაძის გარდაცვალებასთან დაკავშირებით გამოძიება თვითმკვლელობამდე მიყვანის მუხლით დაიწყო" (Georgian). InterPressNews. 11 October 2017. 11 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2017.