Likvidlik riski

Likvidlik riski -

1) Hər hansı şirkətin və ya maliyyə qurumunun öhdəliklərini vaxtında qarşılaması üçün lazımi miqdarda likvid vəsaitlərə sahib olmaması ehtimalı ilə şərtlənən risk. Məsələn, bankın depozit sahibləri və ya kreditorların tələblərini vaxtında və lazımi dərəcədə qarşılaya biləcək maliyyə vəsaitinə (adətən, nağd pul) sahib olmaması riski;

2) İnvestisiyanın müddəti bitənədək investisiya olunmuş vəsaitlərin ciddi itkiyə yol vermədən qaytarılmasının  mümkün olmaması ehtimalı;

3) qiymətli kağızların təkrar bazarda müvafiq qiymətə satılmasının mümkün olmaması ehtimalı. [1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.148