Lila

Turanqa Lila (ing. Turanga Leela) — "Futurama" cizgi serialının personajlarından biri. Keti Saqal tərəfindən səsləndirilib. Lila Planet Ekspres Gəmisinin kapitanı və pilotudur. Serialın baş qəhrəmanı Fray ilə sonralar nişanlanır. Personaj fransız bəstəkar Olivye Messianın "Turangalîla-Symphonie" əsərinin adını daşıyır. O, həmişə bacarıqlı, məsuliyyəti öz üzərinə götürən və qrupun qalan hissəsini ardıcıl olaraq təhlükədən xilas edən yeganə personajlardan biridir. Ancaq o, özünə çox inanmır, çünki onun yalnız bir gözü var və buna görə uşaq ikən zorbalığa məruz qalıb. Əvvəlcə özünün yadplaneti olduğunu düşünür, lakin sonralar kanalizasiyada mutasiyaya uğramış insanlardan biri olduğunu öyrənir.[1]

Lila
ing. Turanga Leela
Futurama personajı
İlk görünmə "Space Pilot 3000" (1999)
Yaradan Mett Qreyninq
Devid X. Koen
Səsləndirən Keti Saqal
Məlumat
Tam adı Turanga Leela
Ləqəb(lər)i Leela
Təxəllüslər Leeman
Cloberella
One Eye
The Cyclopes
Növü Mutant insan
Cinsi Qadın
Peşə

Planet Ekspress Gəmisinin kapitanı

Kriogenika müşaviri
Ailə Turanqa Morris (atası)
Turanqa Munda (anası)
Həyat yoldaşı Filip C. Fray (nişanlısı)
Ev heyvanı Nibbler
Doğum tarixi 29 iyul 2975, Nyu-York, ABŞ

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Gore, Kristin. Leela's Homeworld // Futurama. 04 sezon. 05 epizod. February 17, 2002. Fox.