Dante Qabriel Rossetti

Dante Qabriel Rossetti (ing. Dante Gabriel Rossetti, d. 12 may 1828 – ö. 9 aprel 1882) — italyan əsilli ingilis şairi, tərcüməçisi, illustrator və rəssamı. O, Uilyam Holman HantCon Everett Mille ilə birgə prerafaelitlər cərəyanının əsasını qoymuş, sonradan cərəyanın əsas fiquru kimi, bu cərəyanın təsiri ilə yaradan Uilyam MorrisEdvard Börn-Cons kimi sənətkarların yaradıcılığına ciddi təsir göstərmişdir. Onun yaradıcılığı həmçinin Avropa simvolistləriestetiklərinin yaradıcılığına da təsir göstərmişdir.

Dante Qabriel Rossetti
ing. Dante Gabriel Rossetti
"Dante Qabriel Rossetti" Qeorq Frederik Uotts tərəfindən çəkilmiş portret
"Dante Qabriel Rossetti" Qeorq Frederik Uotts
tərəfindən çəkilmiş portret
Doğum adı Dante Qabriel Rossetti
Doğum tarixi
Doğum yeri London
Vəfat tarixi (53 yaşında)
Vəfat yeri Berçinqton on Si
Vəfat səbəbi Nefrit (xəstəlik)
Dəfn yeri
Milliyyəti italyan mənşəli britaniyalı
Vətəndaşlığı Böyük Britaniya Birləşmiş Krallıq
Fəaliyyəti şair, illüstrasiyaçı[d], rəssam, tərcüməçi, yazıçı
Təhsili Kral İncəsənət Akademiyası
Janrlar portret, dini rəssamlıq[d][1]
Stillər simvolizm[2]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Romantiklik və orta əsr intibahının xüsusiyyətləri Rossetti yaradıcılığına özünəməxsus keyfiyyət qazandırmışdır. Poeziyasının erkən dövründə, Con Kitsdən təsirlənmişdir. Poeziyasının sonrakı dövrü üçün hisslər və düşüncələrin qarşılıqlı əlaqələri xaraketrikdir ki, bunu da şairin "Həyat evi" (ing. The House of Life) sonetində görmək mümkündür. Rossettinin yaradıcılığında poeziya və təsvir bir-biri ilə əlaqəli şəkildə inkişaf edir; o tez-tez, rəsmlərini müşayət etmək üçün sonetlər yazır, həmçinin bacısı Kristina Rossettinin "Qoblin Market" poemasında olduğu kimi, əsərləri təsvir edən illüstrasiyalar çəkirdi.

Rossettinin şəxsi həyatı da yaradıcılığı ilə bağlı olmuş, modelləri və muzaları Elizabet Siddal, Fanni KornfortCeyn Byordenlə münasibət qurmuşdur.

Uilyam Holman Hant-22 yaşlı Dante Qabriel Rossettinin portreti

Uşaqlığı və gəncliyi

[redaktə | mənbəni redaktə et]

Dante Qabriel Rossetti ziyalı ailəsində anadan olmuşdur. Onun atası Qabriel Rossetti Neapolda Burbon muzeyində işləyirdi və 1820-ci il üsyanında iştirak etmiş karbonarilər cəmiyyətinə məxsus idi. Kral Ferdinandın xəyanəti nəticəsində bu üsyan Avstriya qoşunları tərəfindən yatırıldıqdan sonra o 1821-ci ildə[3] Londona qaçmış və və nüfuzlu King’s Kollecində italyan dili professoru[4][5] kimi çalışmağa başlamışdı. Sərbəst vaxtlarında o Dante Aligyeriyə şərhlər tərtib etməklə məşğul olurdu[6].

Şairin "16 Cheyne Walk" ünvanında yerləşən mənzili.

Ailədə Dante Aligyeriyə pərəstiş hökm sürürdü və Rossettiyə də Dante adını onun şərəfinə vermişdilər. Rossettinin atası "İlahi komediya"ya analitik şərhlər" kitabını dərc etmişdi. Bu sevgi övladlara da keçir: Rossettinin böyük bacısı Mariya Françeska "Dantenin kölgəsi" kitabını yazmışdı. Rossettinin digər bacısı Kristina məşhur ingilis şairəsinə çevrildi, kiçik qardaşları Uilyam Maykl məşhur tənqidçi və həm də, qardaşının bioqrafı idi[6].

Rossettinin anası Frensis Meri Laviniya Polidori-Rossettidir[7].

9 yaşından London King’s Kollecində ümumi təhsil alan Rossetti 16 yaşında rəsm məktəbinə daxil olur. Onun ilk müəllimi D.S.Kotmen idi, 1841-ci ildə o Henri Sassın Blumsbarridəki Rəssamlıq Akademiyasına daxil olur. 1846-cı ildə o Kral İncəsənət Akademiyasının tələbəsinə çevrilir. 1848-ci ilin martında Ford Medoks Braunun, ədəbiyyatı sevən rəssam romantikin yanında təhsil alırdı. Rossettinin yağlı boya texnikasının təkmilləşdirilməsində Holmen Hantın da böyük rolu olmuşdur [6][8].

Gənc Rossettini "səbrli, lakin ehtiraslı və xarizmatik" [9] və eyni zamanda, "istiqanlı, poetik və köməksiz"[10] birisi kimi xarakterizə edirdilər.

Elizabet Siddal

[redaktə | mənbəni redaktə et]
Elizabet Siddal

Rossetinin həyatında və yaradıcılığında böyük iz buraxmış xanım Elizabet “Lizzi” Siddaldır[11].

Elizabet sadə fəhlə ailəsindən idi və onu incəsənət aləminə rəssam Volter Deverell gətirmişdi[12]. Elizabet Deverellin Uilyam Şekspirin motivləri əsasında çəkdiyi "On ikinci gecə" tablosu üçün poza verməli idi. O Elizabeti Viola, özünü darıxan hersoq Orsino, Rossettini isə təlxək qismində təsvir etmişdi. Təəssüf ki, gənc rəssam Deverell 27 yaşında böyrək xəstəliyindən vəfat edir. Rossetti onun sonuncu tablosunu tamamlayır ki, tablonu sataraq rəssamın ailəsinə kömək etsin. Deverell Elizabeti sevirdi, lakin Elizabet Rossettini seçdi. O bütün prerafaelitlərin muzasına çevrildi: Millesin və yəqin ki bütün cərəyanın ən məşhur tablosu sayılan "Ofeliya"da da Elizabet təsvir olunmuşdur[5].

Elizabet tək ilham pərisi olmaqla kifayətlənmirdi. O da fırçanı əlinə götürdü və prerafaelitlərin 1857-ci ildə keçirilən sərgisində iştirak edən yeganə qadın-rəssam Elizabet Siddal idi[5].

Rossettinin həyat yoldaşı, şagirdi və modeli olmuş bu xanım onların tanışlığı zamanı artıq vərəm xəstəsi idi. Onlar on il birlikdə yaşasalar da, ancaq 23 may 1860-cı ildə evlənmişdilər. 1861-ci ilin mayında Lizzi ölü uşaq dünyaya gətirəndən sonra onun səhhəti daha da pisləşdi və o böyük dozalarda laudanum qəbul etməyə başladı. Melanxolik vərəm xəstəsi olan Lizzi 11 fevral 1862-ci ildə laudanumun böyük dozasının qəbul edilməsindən vəfat etdi[11]. Bəzi versiyalara görə, bu intihar idi[5].

"Aleksa Uayldinq" Dante Rossettinin rəsmi (1879)

Elizabeti çox sevən Rossettiyə onun ölümü pis təsir etdi. O dərdini unutmaq üçün daha çox işləməyə başladı. Elizabet dəfn edilərkən Rossetti bir çox poemalarının əlyazmalarını da dəfn etmişdi. 1870-ci ildə isə o ilk şerlər toplusunu dərc etdirmək qərarına gələndə Elizabetin qəbrini açdıraraq əlyazmaları götürməyə razılıq ala bildi[5].

1871-ci ildə Rossetti dostu Uilyam Morrisin həyat yoldaşı Ceynə vuruldu və onlar məşuq oldular.

Həyatının son illəri

[redaktə | mənbəni redaktə et]

Elizabetin ölümündən sonra Rossetti Londonun Çelsi rayonunda yerləşən Tüdor hausa köçür və qeyri-adi həyat tərzi keçirməyə başlayır: ekzotik heyvanlar, spirtli içkilər və narkotik maddələr ("viski və xlorhidrat") rəssamın gündəminə çevrilir[13][14].

Spirtli içkilərin və narkotik maddələrin təsiri nəticəsində onun görmə qabiliyyəti zəifləyir, yuxusuzluq və şizofreniya əlamətləri özünü büruzə verir.

1872-ci ildə Rossetti intihara cəhd edərək bir şüşə opium tutması içir. O sağ qalır, lakin ağlını itirir. Faciəli həyatına baxmayaraq, Rossetti işləməyə və yazmağa davam edir, həm poeziyada, həm də rəssamlıqda onun ardıclıları meydana gəlir.

1881-ci ildə hallüsinasiyalardan və iflicdən əziyyət çəkən Rossettini Berçinqton on Si dəniz kurortuna gətirirlər. 9 aprel 1882-ci ildə Rossetti burada vəfat edir[4].

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
"Avtoportret",Rossetti, 1847

Rossetti artıq 5 yaşında dram, 13 yaşında povest yazmışdı, 15 yaşında isə artıq dərc olunurdu[6]

1848-ci ildə Kral Incəsənət Akademiyasının sərgisində Rossetti Uilyam Holmen Hantla tanış oldu. Hant Rossettiyə “Bakirə Məryəmin uşaqlığı” tablosunu tamamlamağa kömək edir və 1849-cu ildə həmin tablo Hayd Parkda açıq sərgiyə çıxarılır. Hant Rossettini Con Everett Milles ilə tanış edir[4][15]. 1848-ci ilin sentyabrın əvvəlində Con Everett Millesin Londonun Blumsberri məhəlləsində yerləşən emalatxanasında altı gənc rəssam və bir yazıçı toplaşaraq tənqidçi Con Reskin yazmışkən özlərinə "uğursuz və bir qədər gülməli" ad seçdilər- "Prerafaelitlər qardaşlığı" (Niyə məhz bu adın seçilməsi ilə bağlı bir fərziyyəyə görə, Hant və Milles Rafael Santinin bir tablosunu tənqid edərkən orada olan tələbələrdən biri demişdi:"Onda siz prerafaelitsiz")[16]. Bu qrupa faktiki olaraq üç nəfər rəhbərlik edirdi: Con Everett Milles (1829-1896), Uilyam Holman Hant (1827-1910) və Dante Qabriel Rossetti (1828-1882)[17].Bu şəxslər və formal olaraq qardaşlığa daxil olmasa da, onun ideyalarını bölüşdürən Ford Medoks Braun 1850-ci illərin ortalarınadək Prerafaelitlər Qardaşlığının liderləri sayılırdılar[18]. İctimai zövqlərə meydan oxuyan bu üçlük öz manifestini tərtib edib özlərinin “The Germ” jurnalında yayır[19]. Lakin bu jurnalın davamlı nəşri baş tutmur. Belə ki, jurnalın 1850-ci ilin yanvar-aprel aylarında cəmi dörd nömrəsi nəşr edilir[20].

"Bakirə Məryəmin uşaqlığı", 1849
Modellər: Anasını Müq.Anna, bacısı Rozettanı isə bakirə Məryəm obrazında çəkmişdir.

Rossettinin yağlı boya ilə çəkdiyi ilk iri tablolar prerafaelit hərəkatının ilkin dövlərindəki tendensiyaları nümayiş etdirir. Onun "Bakirə Məryəmin uşaqlığı" (1849) və "Müjdə" (1850) tabloları tablolarında Mariya yeniyetmə qız kimi təsvir edilir. Uilyam Bell Skott "Bakirə Məryəmin uşaqlığı" tablosunun Hantın studiyasında çəkilmə prosesini görmüş və Rossettinin texnikası haqqında yazmışdı:

"O yağlı boya ilə akvarel fırçasından istifadə etməklə ağardılıb hamarlaşdırılmış kətan üzərində elə incə çəkirdi ki, sanki akvarel çəkir. Hər bir çalar şəffaf alınırdı. Mən dərhal gördüm ki, o klassik texnikadan xəbərsizdir və ancaq estetik motivdən çıxış edir. Onların hər ikisində dahiliklə diletantlığın harmoniyası məni bir anlıq sükuta qərq etdi və marağımı oyatdı"[21].

Rossettinin ikinci iri tablosu olan "Müjdə" o illərdə prerafaelitləri "müşayiət" edən isterik tənqidlə qarşılaşdı[22] və bu tənqiddən inciyən rəssam akvarel texnikasına qayıtdı. Daha sonra, o tənqidçi Reskinin dəstəyini qazansa da, sərgilərdə nadir hallarda iştirak edirdi[23].

1850-ci ildə Rossetti “Səma rəfiqəsi” (ing. The blessed damozel) adlanan ilk şerini dərc etdirir. O bu şeri Edqar Allan Ponun “Qarğa” şerinin təsiri altında yazmışdı. Rossettinin digər şerlərinin əksəriyyəti XIX əsrin 60-cı-70-ci illərində yazılmışdı və 1881-ci ildə “Balladalar və sonetlər” (ing. Ballads and sonnets) ümumi başlığı altında dərc edilmişdi[24].

1854-1858-ci illərdə cəmiyyətin aşağı siniflərindən olan gənclər üçün yaradılmış ilk təhsil müəssisəsində rəsmdən dərs deyirdi. O müəllimliyi buraxanda onu bu vəzifədə Ford Medoks Braun əvəz etmişdi[25].

Rossetti bir tədqiqatçı kimi orta əsrlər dövrünə və həmin dövrə aid italyan ədəbiyyatına maraq göstərirdi. Onun yazdığı ilk kitabın mövzusu da köhnə italyan şairləri (The Early Italian Poets, 1861) idi. Bu kitabda Dante Aliqyeri və digər şairlərin şerlərindən tərcümələr yer almışdı.

1854-cü ildə Rossetti tənqidçi Con Reskinlə dostlaşır. Bu dostluq ictimaiyyətin diqqətini Prerafaelitlər Qardaşlığına cəlb edir. 1855-1856-cı illərdə Rossetti şair Robert Brauninqlə, 1856-cı ildə Edvard Kouli Bern-Cons və Uilyam Morrislə tanış olur və onun ədəbiyyat və incəsənət sahəsində öz ideyalarını təbliğ etmək üçün yaratdığı “Oksford və Kembridc jurnalı”nın (ing."Oxford and Cambridge Magazine") müəlliflərindən birinə çevrilir[26]. Rossettinin beş illüstrasiyası Tennisonun “Poemaları”nın 1857-ci il nəşrinə daxil edilir.

1858-ci ildə Rossetti Medoks Braun və başqaları ilə birlikdə sərgi və sosial icma olan “Hoqart Klubu”nu yaradır[27].

1852-ci ildə Rossetti fotoqrafiya sərgisində oldu. Sonrakı illərdə o fotoqrafiyadan landşaft fonu və ya ölümsonrası portretlər kimi istifadə edirdi. O öz tablolarının da şəklini çəkirdi[28].

Rosettinin modelləri və rəsm əsərləri

[redaktə | mənbəni redaktə et]
Rossetti - "Romalı dul qadın", Ponse İncəsənət Muzeyi, Ponse, Puerto-Riko

Rossettinin ən məşhur modeli onun sevgilisi və həyat yoldaşı Elizabet Siddal idi. Rossetti vaxtsız vəfat etmiş xanımına olan sadiq məhəbbətini qoruyan orta əsr cəngavəri kimi Elizabetin vəfatından sonra dabir çox tablolarında onu təsvir etmişdi. Rossettinin ən yaxşı tablolarından biri sayılan “Xeyir-dua almış Beatrisa” (Beata Beatrix, 1864—1870) da ona həsr edilmişdir[29]. Beatrisa əyləşmiş şəkildə təsvir edilmişdir, o sanki yuxudadır, Ölüm carçısı olan quş isə onun ovcuna lalə gülünü qoyur.

Rossettinin çəkdiyi rəsmlərin ədəbiliyi, yəni süjetin əhəmiyyəti imkan verir ki, onu romantizm məktəbinin nümayəndəsi kimi səciyyələndirək.O köhnə dövləri (xüsusilə də, XV əsr İtaliyası) təsvir etməyi xoşlayır və o dövrün italyan rəssamlarını təqlid etməyə çalışırdı. Doğrudur, mahiyyət etibarilə Rossetti yeni dövrə aiddir və onun rəsmlərində (məsələn, “Xoş xəbər” (1850)) müqəddəslərin təsviri o dərəcədə müasirləşdirilmişdir ki, bu ictimai rəyin narazılığına səbəb olmuşdu.

Rossetti - Bocca Baciata, 1859, Boston İncəsənət Muzeyi, Boston.

Onun tabloları üçün poza vermiş həyat yoldaşına qarşı məhəbbət həmin xanımın ölümünədək yaradılmış rəsmlərdə öz əksini tapmış qadın fiqurlarının əksəriyyətinin xarakterini müəyyən etmişdi: uzun boyun, uzun saçlar, süst gözəllik. Daha sonrakı dövrdə o daha həssas və sulu qadın formalarına üstünlük verəcəkdi. Həyat yoldaşının ölümündən sonra onun ən məşhur modelləri sevgilisi Ceyn Berdem[30], Fanni Kornfort və Aleksa Uayldinq olmuşdur.

Onun ən uğurlu işləri içərisində A.Tennisonun əsərlər toplusu üçün çəkilmiş rəsmləri (1856-1857) və Tomas Melorinin “Arturun ölümü” üçün çəkilmiş rəsmləri göstərmək olar[31] .

1857-ci ildə Rossetti Morris və digər ustalarla birlikdə Oksforddakı Diskussiya klubunun binasının divarlarına Tomas Melorinin “Arturun ölüm”ü kitabından səhnələr çəkmişdir. Təcrübə uğurlu alınmasa da (gənc rəssamlar freska texnikasına pis yiyələnmişdilər) Rossettinin gözəl rəsmləri və eskizləri günümüzədək gəlib çatmışdır[32]. Bu işin təsiri altında Morris sonra “Kraliçə Ginevra” tablosunu çəkmişdir və kral Arturun həyat yoldaşı qismində öz gələcək həyat yoldaşı (eyni zamanda, Rossettinin məşuqəsi) Ceyn Berdeni təsvir etmişdir[33].

Rossettin ömrünün sonuna yaxın çəkdiyi tablolar daha məşhurdur. Onların əsas cəhəti estetizm, erotizm, gözəllik kultu və formaların stilizasiyadır. Bu dövrə aid tablolar arasında ən məşhurları “Gündüz arzuzu” və 1877-ci ildə çəkilmiş “Prozerpina”dır.

XIX əsrin sonlarında prerafaelitlərin rəsm əsərləri ilə tanış olan rusiyalı tənqidçilər Çuyko və Vengerova Rossettini xüsusilə fərqləndirmişdilər[34].

Rossetti həm də vitraj və pannolar üçün eskizlər də hazırlamışdır[35].

Rossettinin "Payız nəğməsi" əsərinin əlyazması, 1848, Eşli kitabxanası.

Rossettinin poeziyası

[redaktə | mənbəni redaktə et]

Rossetti rəssamlıqla pul qazansa da, o şair kimi daha məşhurdur. Onun poeziyası ilə rəssamlığı bir-birini tamamlayır: onun ən məşhur tabloları ədəbiyyatdan ilhamlanır. Bəzən o eyni mövzunu həm şerlə, həm də rəsmlə canlandırırdı və öz tablolarını sonetləri ilə “səsləndirirdi”. Rossettinin poeziyası da prerafaelitdir, onun poeziyasına orta əsr koloriti və simvolikaya meyllilik xasdır. Təsadüfi deyil ki, onun şerlərinin qadın personajlarını "XIX əsrin madonnaları" adlandırırdılar [34].

Rossetti ədəbiyyatın ictimai funksiyasını inkar edərək incəsənətə ancaq estetik dəyər verir. Onun poeziyası mistik-erotik məzmunludur,keçmişi ideallaşdırır, katolisizmə estetik görünüş verir. 1830-1850-ci illərin inqilabi-çartist və sosial-islahatçı poeziyasını inkar edərək o Kits və Kolric kimi romantikləri nümunə götürür[24].

Onun şerlərinin əsas mövzusu məhəbbətdir. 101 sonetdən ibarət “Həyat evi” (ing. “The House of Life”) silsiləsi onun yaradıcılığı üçün xarakterik olan əsərdir və bu silsilədə gənclik, məhəbbət, həyatın gəldi-gedərliyi və ölüm motivləri üstünlük təşkil edir.Tez-tez şair işlətdiyi sözlərdə vurğunu yanlış qoyur və gözlənilməz effekt yaratmaq üçün qeyri-adi qafiyələrdən istifadə edir. Hər sonet şairin həyatının müəyyən anını əks etdirir[31].

Onun müasir dövrə aid olan demək olar ki, yeganə şeri fahişəlik mövzusunda yazılan “Jenny” şeridir. Rossetti ballada janrına da gözəl bələd idi və onlara müasir səslənmə bəxş edirdi. “Strattonun suları”, “Sonuncu tövbə” (ing. “A last confession”), “Yelena bacı” (ing.“Sister Helen”) və “Kralın faciəsi” (ing. “King’s tragedy”) onun ən uğurlu balladaları sayılır[24].

Əsas rəsm əsərlərinin siyahısı

[redaktə | mənbəni redaktə et]
  • “Avtoportret”,1847, Milli Portret Qalereyası, London;
  • “Bakirə Məryəmin uşaqlığı” (ing. “The Girlhood of Mary Virgin”), 1848, Teyt qalereyası, London;
  • “Müjdə” (lat. Ecce Ancilla Domini), 1850, Teyt qalereyası, London;
  • “İki ana” (ing. Two Mothers), 1852, Uokerin bədii qalereyası, Liverpul;
  • “Karlisl divarı” və ya “Sevgililər” (ing.Carlisle Wall/The Lovers ), 1853, Teyt qalereyası, London;
  • ”Beatriçenin ölümünün ildönümü” və ya “Dante mələk çəkir” (ing. The First Anniversary of the Death of Beatrice/ Dante drawing an angel), 1853;
  • “Elizabet Siddal” (ing. Elizabeth Siddal), 1854, Delaver muzeyi;
  • “Tapılmış” (ing.“Found”),1854, Vilminqton İncəsənət Muzeyi, Delaver;
  • “Arturun ölümü” və ya “Lanselotla Ginevranın son görüşü” (ing. “Arthur’s Tomb” or “The last meeting of Launcelot and Guenevere”, 1855, Teyt qalereyası, London;
  • “Raşel və Liyaya Dantenin baxışı” (ing.“Dante’s Vision of Rachel and Leah”),1855, Teyt qalereyası, London;
  • “Müqəddəs ailə Pesaxı qeyd edir” (ing. “The Passover in the Holy Family: Gathering Bitter Herbs”),1855-1856, Teyt qalereyası, London;
  • “Beatriçenin ölümü zamanı Dantenin yuxusu” (“ Dante’s Dream at the Time of the Death of Beatrice”), 1856, Teyt qalereyası, London;
  • “Qum üzərində yazılar” (ing. Writing on the Sand), 1857-1858, Britaniya muzeyi, London;
  • “Cənab Qalahad və kilsə xarabalığı” (ing.Sir Galahad at the Ruined Chapel ),1859, Birminhem muzeyi və bədii qalereyası;
  • “Dantenin məhəbbəti” (lat. Dantis Amor ),1860, Teyt qalereyası, London;
  • “Bocca Baciata”, 1860, Boston İncəsənət muzeyi;
  • “Lukresia Borcia” (ing.Lucrezia Borgia), 1860-1861, 1868, Teyt qalereyası, London;
  • “Xeyir-dua almış Beatrisa” (Beata Beatrix), 18641870, Teyt qalereyası, London;
  • “Sevgili” və ya “Gəlin” və ya “Kralın qızı” (ing. “The beloved” or “The Bride” or “The King’s Daughter”), 1865-1866, 1873, Teyt qalereyası, London;
  • “Monna Vanna”, 1866, Teyt qalereyası, London;
  • “Pia de Tolomei”, 1868, Spenserin İncəsənət Muzeyi, Lourens;
  • “Veronika Veroneze”, 1872, Vilminqton İncəsənət Muzeyi, Delaver;
  • “Prozerpina”, 1874, Teyt qalereyası, London;
  • “Müqəddəs Qraala məxsus qız”, 1874, Endryü Lloyd-Uebberin kolleksiyası;
  • “Venera Astarta” (lat. Venus Astarte), 1876-1877, Mançester incəsənət qalereyası;
  • “Fyamettanın öncəgörməsi” (ing. A Vision of Fiammetta), 1878, Endryü Lloyd-Uebberin kolleksiyası;
  • “Pandora”, 1878, Ledi Leverin bədii qalereyası;
  • “Prozerpina”, 1882, Birminhem muzeyi və bədii qalereyası.

Seçilmiş əsərlərinin qalereyası

[redaktə | mənbəni redaktə et]
  1. Gaunt W., Bryson J. Dante Gabriel Rossetti // Encyclopædia Britannica (ing.).
  2. Cassou J., Brunel P., Claudon F., Pillement G., Richard L. Encyclopédie du symbolisme. 1979. ISBN 2-85056-129-0
  3. "Энциклопедия "Кругосвет". Статья "РОССЕТТИ, ДАНТЕ ГАБРИЕЛ"". 2011-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-16.
  4. 1 2 3 "Литературная энциклопедия. Статья "Россетти"". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-16.
  5. 1 2 3 4 5 "Ольга Арнольд. Прекрасные дамы прерафаэлитов"". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-17.
  6. 1 2 3 4 "Данте Габриэль Россетти". 2016-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-15.
  7. Лоранс де Кар. Прерафаэлиты: модернизм по-английски / Пер. с англ. Ю. Эйделькинд. — М.: Астрель, 2003, стр.14
  8. "Данте Габриэль Россетти". 2016-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-15.
  9. Treuherz, Julian, Prettejohn, Elizabeth, and Becker, Edwin (2003). Dante Gabriel Rossetti. London: Thames & Hudson, p. 19.
  10. Hilton, Timoth (1970). The Pre-Raphelites. London: Thames and Hudson, New York: Abrams, p.26
  11. 1 2 Ланди Э. «Тайная жизнь великих художников», М. 2011, ISBN 978-5-98697-228-2. стр. 110
  12. Лоранс де Кар. Прерафаэлиты: модернизм по-английски / Пер. с англ. Ю. Эйделькинд. — М.: Астрель, 2003, стр.42
  13. Лоранс де Кар. Прерафаэлиты: модернизм по-английски / Пер. с англ. Ю. Эйделькинд. — М.: Астрель, 2003, стр.77
  14. Todd, Pamela (2001). Pre-Raphaelites at Home, New York: Watson-Giptill Publications, p.128-129
  15. ""Прерафаэлиты: мозаика жанров"/Литературный гид. Журнал "Иностранная литература, №5, 2013"". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-14.
  16. Лоранс де Кар. Прерафаэлиты: модернизм по-английски / Пер. с англ. Ю. Эйделькинд. — М.: Астрель, 2003, стр.22
  17. Лоранс де Кар. Прерафаэлиты: модернизм по-английски / Пер. с англ. Ю. Эйделькинд. — М.: Астрель, 2003, стр.13
  18. Анна Познанская. Выставка которую ждали сто лет//Журнал "Третьяковская Галерея", № 2 2013(39), стр.43
  19. Marsh, Jan (1996). The Pre-Raphaelites: Their Lives in Letters and Diaries. London: Collins & Brown, p. 21.
  20. Лоранс де Кар. Прерафаэлиты: модернизм по-английски / Пер. с англ. Ю. Эйделькинд. — М.: Астрель, 2003, стр.29
  21. Marsh, Jan (1996). The Pre-Raphaelites: Their Lives in Letters and Diaries. London: Collins & Brown, p. 17.
  22. Лоранс де Кар. Прерафаэлиты: модернизм по-английски / Пер. с англ. Ю. Эйделькинд. — М.: Астрель, 2003, стр.30-31
  23. Treuherz, Julian, Prettejohn, Elizabeth, and Becker, Edwin (2003). Dante Gabriel Rossetti. London: Thames & Hudson, p. 22.
  24. 1 2 3 "Литературная энциклопедия. Статья "Россетти"". 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-16.
  25. Лоранс де Кар. Прерафаэлиты: модернизм по-английски / Пер. с англ. Ю. Эйделькинд. — М.: Астрель, 2003, стр.51
  26. Dictionary of National Biography (1901), "William Morris"
  27. Лоранс де Кар. Прерафаэлиты: модернизм по-английски / Пер. с англ. Ю. Эйделькинд. — М.: Астрель, 2003, стр.67
  28. "http://www.libfl.ru/pre-raph/rus/Rossetti.html". 2008-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-14.
  29. Энциклопедия "Искусство"/"Прерафаэлиты"[ölü keçid]
  30. "www.school.edu.ru :: Прерафаэлиты". 2007-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-14.
  31. 1 2 "Данте Габриель Россетти. Биографический указатель". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-14.
  32. "история искусств. Часть1. Искусство Западной Европы ХIХ-XX веков/Данте Габриэль Россетти". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  33. Лоранс де Кар. Прерафаэлиты: модернизм по-английски / Пер. с англ. Ю. Эйделькинд. — М.: Астрель, 2003, стр.70
  34. 1 2 Анна Познанская. Выставка которую ждали сто лет//Журнал "Третьяковская Галерея", № 2 2013(39), стр.44
  35. Wood Christopher. The Pre-Raphaelites. — L.: Weidenfeld and Nicolson, 1981
  36. "Lady Lilith, Dante Gabriel Rossetti, 1868".
  • Marsh, Jan (1996). The Pre-Raphaelites: Their Lives in Letters and Diaries. London: Collins & Brown;
  • Todd, Pamela (2001). Pre-Raphaelites at Home, New York: Watson-Giptill Publications;
  • Данте Габриэль Россетти. The House of Life / Дом жизни. Издательство: Аграф (Москва), 2009 г. Твердый переплет, 336 стр;
  • Лоранс де Кар. Прерафаэлиты: модернизм по-английски / Пер. с англ. Ю. Эйделькинд. — М.: Астрель, 2003

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]