Lill Müasir İncəsənət Muzeyi

lill Müasir İncəsənət Muzeyimodernizmə həsr olunmuş müasir incəsənət və ar bryut (kobud incəsənət) muzeyi. Muzey Fransanın Nor departamentinin Vilnev-d'Aska şəhər parkının mərkəzində yerləşir.

Lill_Müasir_İncəsənət_Muzeyi
Lille Métropole Musée d'art moderne, d'art contemporain et d'art brut (LaM),
Xəritə
Əsası qoyulub 1983
Açılış tarixi may 1983
Mövzu Müasir incəsənət muzeyi
Ölkə
Yerləşir Fransa, Lill şəhəri
Kolleksiyası 4800
Ziyarətçi sayı 190 053 (2011
118 738 (2005)
Telefon +33-3-20-19-68-68[2][3]
50°38′14″ şm. e. 3°09′01″ ş. u.
musee-lam.fr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzeyin kolleksiyasına 4800-dən çox eksponat daxildir. Muzeyin sahəsi 4 000 kv. metrdən çoxdur. lill Müasir İncəsənət Muzeyi Avropada XX və XXI əsrlərin mədəniyyətinin: müasir incəsənətin, modernizmin və ar bryut incəsənətinin əsas komponentlərinin qovuşduğu yeganə muzeydir.

Muzeydə Pablo Pikassonun, Amedeo Modilyaninin. Xuan Mironun, Jorj Brakın, Fernan Lejenin, Aleksandr Kolderin və Artur Van Qekkenin əsərləri də nümayiş etdirilir. Muzeydə həmçinin Fransa ar bryut incəsənətinin zəngin kolleksiyası da vardır. lill Müasir İncəsənət Muzeyi heykəllərlə əhatə olunmuşdur, burada, həmçinin kitabxana da yerləşir.

Официальный сайт ЛАМа Arxivləşdirilib 2009-02-26 at the Wayback Machine