Mahmızca (lat. Linaria)[1] — bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi.[2]
Mahmızca | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Mahmızca |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yabanı kətanın yarpaqları adi kətanın yarpaqlarına oxşayır.Bu oxşarlığa görə bitki latınca Linaria adlandırılmışdır. Kətanın 100-ə yaxın növü məlumdur ki, onlardan yaşıllaşdırmada, gülçülükdə 20 növü geniş istifadə olunur. Azərbaycanda 17 növü bitir. Yabanı kətanın iki növü L.bipartita, L.maroccana ən çox yayılmışlar. İkihissəli yabanı kətan (L.bipartita)-30 sm hündürlükdə, çiçəkləri salxımşəkilli hamaşçiçəklərə toplanmış bitkidir. Yabanı kətanın gülləri qurdağzının güllərinə çox oxşayır. Onlar sarı-narıncı və bənövşəyi rəngdə olur. Yabanı halda Şimali Afrikada və Portuqaliyada bitir. Mərakeş yabanı kətan (L.maroccana) əvvəlki növdən hündürlüyünə və uzun mahmızlarına görə fərqlənir. Bu növün vətəni Şimali Afrikadır. L.maroccana növünün müxtəlif rəngli güllərindən mədəni formalarının yaradılmasında geniş istifadə olunur. Yabanı kətandan çox vaxt dəstə bağlayırlar. Park və bağ salmada, qazonların mərkəzində müxtəlif kompozisiyaların qurulmasında yaxşı görünür. Yabanı kətan toxumla çoxaldılır. Bitki torpağa tələbkar deyil, hətta daşlıq sahələrdə əkilmək üçün istifadə edilir. Otaq şəraitində dibçəklərdə, pəncərə önündə qoyulur.
Mahmızca:The Plant List saytında takson barədə məlumat. (ing.)
İkiləpəlilər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |