İriçiçək mahmızca (lat. Linaria grandiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin mahmızca cinsinə aid bitki növü.
İriçiçək mahmızca | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: İriçiçək mahmızca |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Çoxillik, çılpaq bitkidir. Gövdəsi sadə, bəzən budaqlı olub, hüdürlüyü 40-80 sm-ə çatır. Yarpaqları gövdə üzərində növbəli düzülmüş, oturaq, uzunsov-yumurtaşəkilli, 1,5-4 sm uzunluqlu, 4-10 mm enindədir. Gövdənin aşağı hissəsindəki yarpaqlar pulcuqşəkilli, üçbucaq formalıdır. Çiçək ayaqçığı qısadır. Kasacıq 5 dişlidir. Tac ikidodaqlı, sarıdır. Qutucuğu oval, 7 mm uzunluqludur. Toxumlar üçkünc, üzəri qırışlıdır. Bitki iyun-avqust aylarında çiçəkləyir, iyul-sentiyabr aylarında meyvə verir.
Kiçik Qafqazın şimalında, Naxçıvan MR-da, Diabarada orta və yuxarı dağ qurşağında, dağlıq və daşlı yerlərdə, kolluqlarda yayılıb.
Bitkinin budaqlarının yuxarı hissəsindən (Herba lineriae) istifadə olunur.
Tərkibində linarin, pektolinarin, taninlər və başqa maddələr vardır.
Babasildə, qəbizlikdə, sidiyi saxlaya bilməməkdə və frunkul xəstəliklərində işlədilir. Daxilə 1,5 qaşığı qurudulmuş otu bir stəkan suda dəmləyib qəbul edirlər (gündəlik doza). Xaricə isə 20 q otu 0,5 litr susa 20-25 dəqiqə islatma şəklində tədbiq edirlər.