Linkoln milli ev-muzeyi (ing. Lincoln Home National Historic Site) — tarixi binada ABŞ Prezidenti Abraham Linkoln və həyat yoldaşı Meri Todd Linkoln yaşamışdır. Bina İllinoys ştatının Sprinqfild şəhərində yerləşir. Linkolnlər bu evi 1844-cü ildə satın alıblar. Onlar burada 1861-ci ilə, Abraham Linkoln ABŞ Prezidenti seçilənədək yaşayıblar. Tarixi bina 4 blokdan və 1 qonaq otağından ibarətdir.
Linkoln milli ev-muzeyi | |
---|---|
ing. Lincoln Home National Historic Site | |
39°47′49″ şm. e. 89°38′42″ q. u.HGYO | |
Ölkə | |
Yerləşir | İllinoys, Sprinqfild, ABŞ |
Aidiyyatı | ABŞ-nin Milli Park Xidməti |
Sahəsi | 4.95 ha |
Vəziyyəti | işlək |
Rəsmi sayt | Lincoln Home National Historic Site |
Vikianbarda əlaqəli mediafayllar |
Abraham Linkolnin oğlu Robert Tod Linkoln 1887-ci ildə ailə evini İllinoys ştatına bağışlamışdır. O evin daim diqqətdə olmasını və ictimaiyyətə açıq olmasını istəyirdi. Ev və tarixi bölgə 18 avqust 1971-ci ildə ABŞ-nin Milli Tarixi Abidələri siyahısına salınmışdır.[1]