Bu məqalə Lisiy adası haqqındadır. Göl üçün Lisi gölü səhifəsinə baxın. |
Lisiy adası — Yapon dənizində, Naxodka körfəzində yerləşən ada. Rusiya Federasiyasının ən cənub adasıdır. Adanın eni 1,6 km, uzunluğu 400 m təşkil edir. Adanın güçlü dəniz dalğalarından körfəzin qərbi qoruyur. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı ərazisinə daxildir.
Lisiy adası | |
---|---|
rus. Лисий остров | |
Ümumi məlumatlar | |
Sahəsi | 0.55 km² |
Hündür nöqtəsi | 123.4 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
42°45′38″ şm. e. 132°54′25″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın adı müəmmalıdır. Çünki adada heç zaman tülk olmamışdır. Böyük ehtimalla adanın adı yerli əhalinin dilində işlənmiş kəlmə ilə bağlıdır. Adanın ilkin adı Oblızin olmuşdur. Bu isə adanı 18 iyun 1859-cu ildə kəşf edən Amerika korvetinin ekipazı üzvünün soy addı olmuşdur.
1935-ci ildə adada nərə yetişdirən müəsisə inşa edilmişdir. Bu müəssisə ingilislərin vəsaiti ilə konsesuya şəklində idarə edilirdi. Burada dəniz kələmindən spirt və yod alınırdı.
1937-ci ildən 1945-ci ilin sentyabrına qədər burada qadın siyası məhkumlar saxlanılır və müəssisədə işlədilirdilər. 1947-ci ildən etibarən isə könüllülər işə cəlb olunmuşdur. İşçilər üçün baraklar və uşaq bağçası belə inşa edilmişdir.
Ada hündürdür, onun sahilləri sıldırımlıdır. 4,2 kilometrlik sahil xəttindən cəmi 1 kilometri daşlı çimərlikdən ibaətdir. O isə adanın şimal-qərbində yerləşir. Digər sahillər sıldırımlıdır. Cənub-qərbində isə sıldırımlı Erjikoviç burnu yerləşir. Ada əsasən enliyarpaq meşələrlə örtülüdür. Ağaclar arasında Monqol palıdi xüsusi ilə seçilir. Bitkilərin böyük qsmi Rusiya Federasiyasının qırmızı kitabına salınmışdır. Lisiy adası sahildən bəmi 1 km məsafədə yerləşməsinə baxmayaraq onun flora və faunası materikdən kəskin fərqlənir.
Adaya ilk hərtərəfli ekspedisiya ancaq 1994-cü ildə təşkil edilmişdir.
2002-ci ildə təşkil edilmiş elmi ekspedisiya buranın faunasının rəngarəng olmasını müəyən edir: Amur üzümu, ağcaqayın, vələs, palıd, сökə.
Adada çoxlu sayda quş növünə rastlamaq mümkündür: Sahilqartalı, Göyərçin, Qarğa, Qarabatdaq, Qızılquş, Qağayı. Burada yayılmış Cyanopica cyana quşunun nəsli kəsilmək üzrədir. Məməlilərdən sahillərində Əsl suitilər, burunduklar, sürünənlərdən isə ilanlar və kərtənkələləri müşahidə etmək olar.
Lisiy adasından bir kilometr aralıda, materik ərazisində Rostneftə məxsus olan Neftdoldurma ticarət limanı fəaliyyət göstərir. Şirkət xristianlığın iki min illiyi münasinəti ilə adada hündürlüyü 5 metr olan provaslav xaçı quraşdırmışdır.
Yaxınlıqda olan neftayırma zavodunun fəaliyyəti həm də adanın ekologiyasına mənfi təsir edir. Günəşli günlərdə çirklənmiş su üzərində göyqurşağını görmək mümkündür.
Yaxın zamanlarda adaua tarix təbiət qoruğu statusunun verilməsi planlaşdırılır. 2012-ci ilin yayında adada yerləşən zirvəyə aparan pilləkənləri təmir etmişlər. Pilləkənlərdən Naxodka körfəzi və şəhər görünür. Bu usə bura turistlərin cəlbinə imkan verə bilər. Adanın zirvəsində müşahidə meydançasının inşası planlaşdırılır..