Lisi gölü

Bu məqalə Lisi gölü haqqındadır. Ada üçün Lisiy adası səhifəsinə baxın.

Lisi gölü (gürc. ლისის ტბა) — Gürcüstanda, Tbilisi şəhərinin şimal-qərbində yerləşən göl. Dəniz səviyyəsindən 624 metr yüksəklikdə yerləşir.[1] Sahəsi 0,47 km²-dir. Dərinliyi 4 metrdir. Suyun həcmi 1,22 mln km³-dir. Göl əsasən yağış, qaryeraltı sulardan qidalanır. Ən yüksək səviyyəyə yaz aylarında, ən alçaq səviyyəyə isə payız aylarında çatır. Yayda suyun istiliyi maksimum 28 °C olur. Qışda göl bəzən donur. Göl idmançılar və balıqçılar üçün, habelə Tbilisi şəhərinin sakinləri üçün istirahət mərkəzidir.[2]

Lisi gölü
gürc. ლისის ტბა
Lisi gölü
Lisi gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 624 m
Sahəsi 0,47 km²
Həcmi 0,00122 km³
Dərin yeri 4 m
Orta dərinliyi 2,6 m
Yerləşməsi
41°44′34″ şm. e. 44°44′08″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Yaşayış məntəqəsi Tbilisi
Lisi gölü xəritədə
Lisi gölü
Lisi gölü
Lisi gölü xəritədə
Lisi gölü
Lisi gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lisi gölü Tbilisidə ən məşhur istirahət yerlərindən biridir. Tbilisidəki digər yaşayış məntəqələrindən fərqli olaraq, Lisi gölü dəniz səviyyəsindən bir neçə yüz metr yuxarıda yerləşir. Ətrafındakı abadlıq işləri 1937-ci ildə başlamışdır. Sonra göl ətrafında 1400 fərqli bitki növü əkilmişdir.[3]

  1. Tbilisi Ekoloji Strategiyası. Tbilisi bələdiyyəsi. 2015–2020. səh. 27.
  2. Gürcüstan Milli Ensiklopediyası. Tbilisi. 1983. səh. 252. (#first_missing_last)
  3. "კურორტი ლისის ტბა // ცნობები ლისის ტბის შესახებ". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.