Gürzə və ya Livan gürzəsi (lat. Macrovipera lebetina) — Nəhəng gürzə cinsinə aid ilan növü.
Livan gürzəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Livan gürzəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Gürzələr fəsiləsinin ən iri nümayəndəsidir. Onun quyruğu ilə birlikdə uzunluğu 2 metr, çəkisi isə 3 kq təşkil edir. Başı olduqca iri və enlidir. Ağzı yuvarlaq, gözləri şaqulidir. Yuxarı hissəsi boz-qəhvəyi tondadır. Bəziləri vardır ki, bütünlüklə qara və qəhvəyi rəngdə olur.
Gürzə Şimal-Qərbi Afrika, Aralıq dənizi sahili ərazilər, qərbi, orta və cənubi Asiya ərzilərində yayılmışlar. İordan çayının qərb sahillərində, İsrail, İran, İraq, Türkiyə, Əfqanıstan, Azərbaycan, Dağıstan və nadir hallarda isə Qazaxıstan rast gəlinir. Azərbaycanda əsasən Abşeron yarımadasında rast gəlinir.
Gürzələrə əsasən dağ çölləri, səhralar, yarımsəhralar, çay dərələrərində rast gəlinir. Pamirdə 2500 metr yüksəkliklədə, Türkmənistanda 2000 metrdə belə yaşaya bilir. Qışlamadan mart-aprelin əvvələrində qayıdır. Onların fəallığı üçün +10° lazımdır. Qışlamaya gedərkən qruplar halında 12 baş olmaqla birliklər təşkil edirlər. Gürzələr üzümlüklərdə belə görünürlər. Burada onlar insanlar ziyan vuran qarğaları ovlayırlar. Onlar yumurta qoymaqla çoxalırlar. Yumuta qoyma iyunun sonu, avqustun əvvəlırinə tsadüf edir. Gürzələr 8–25 olmaqla yumurta qoyur. Sentyabrda yumurtadan balalar çıxır. Onların uzunluğu 276 mm, çəkiləri 11 q təşkil edir. Zəhəri çox təhlükəlidir. Adamı öldürməyə yetərlidir. Əvvələr Zirədə ilan zəhərini toplayan müəsisə fəaliyyət göstərirdi.
Əvvələr gürzələr Əsl gürzələr cinsinə aid edilirdi. Hazırda isə Nəhəng gürzə aid edilir. Ümumilikdə 6 yarımnövü vardır: