Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Liviya soyqırımı[1][2] və ya II İtalyan-Sənusi müharibəsi[3] — 1923–1932-ci illərdə Liviyada İtalyan rəhbərliyi altında olan İtaliyanın hərbi birləşmələri ilə yerli Senusi üsyançıları arasında, üsyançı lider Ömər Muxtarın tutulmasına və öldürülməsinə qədər davam edən uzun qarşıdurmalı bir dövrdür.
Liviya soyqırımı II. İtalyan-Sənusi müharibəsi | |||
---|---|---|---|
| |||
Tarix | 1923–1932 | ||
Yeri | Liviya | ||
Nəticəsi | italiyanın zəfəri | ||
Münaqişə tərəfləri | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
İtaliyanın Liviyanı idarə etmək cəhdləri sırasında, Sirenayka (Arapça:برقه — Barka) xalqı böyük bir qətliama məruz qaldı. İşğal zamanı Sireneykanın 225.000 əhalisinin dörddə bir hissəsi məhv oldu. Atışmalar zamanı İtaliya; kimyəvi silahdan istifadə, təslim olan müharibə əsirlərini öldürmə, dinc əhalinin öldürülməsi kimi ağır cinayətlərə imza atdı.[4] İtaliyalı səlahiyyətlilər, 100.000 qədər Sireneyka bədəvisini zorla yerlərindın çıxarmış, etnik ttəmizləmə həyata keçirmişdilər. Çünki Bədəvilərin torpaqları İtalyan dövlət tərəfindən italiyalı köçkünlərə vədd edilmişdir.
2008-ci ildə İtalyan müstəmləkə idarəsinin yaratdığı zərərin əvəzlənməsi üçün İtaliya ilə Liviya arasında bir müqavilə imzalanıb. Liviya lideri Muammer Qəddafinin imzaladığı mərasiminə, Ömər Muxtarın İtalyan təhlükəsizlik qüvvələri tərəfindən tutulduğu zaman , onun zəncirlənmiş halda çəkilmiş şəklindəki geyimini bənzərini geyinərək qatılmışdı. İtaliya Baş naziri Silvio Berluskoninin imzaladığı mərasimində; "Bu tarixi sənəd ilə İtaliya, müstəmləkə dövründə Liviya xalqına edilən qırğınlar və təzyiqlər üçün üzr istəməkdədir. İtaliya, müstəmləkə dövründə Liviyaya verdiyi zərərin ağırlığını anlayır " deyərək Liviya xalqından üzr istədi.[5]
İtaliya-Osmanlı müharibəsindən sonra, Liviya Osmanlı İmperatorluğundan əlindən çıxaraq, İtalyan hökmranlığı altına girdiyi andan bir müddət sonra bir üsyan başladı. İtalyanlar bu böyük torpağı idarə etməkdə çətinlik çəkirdilər.[6] Liviya İtalyanın hökumətinə getdiyi andan etibarən Sənusilərlə İtalyanlar arasında bir mübarizə getməkdəydi. İtalyanların Sənusilərlə qarşıdurması,I Dünya Müharibəsi zamanı, Sənusilərin Osmanlı İmperiyası ilə müttəfiq olaraq, İngilis qüvvələrinə qarşı Osmanlıların Levant bölgəsinə başlatdığı hücuma yardım məqsədilə, Misirə daxilinə etdikləri axinlara əsaslanırdı. İngilislər və Sənusilər arasındakı müharibə, iki tərəfin sülh razılaşması etdiyi,1917-ci ilə qədər davam etdi.[7]
1917-ci ildə İtaliya Liviyanın müstəqilliyini tanıyan Akrama müqaviləsini imzaladı.[8] 1918-ci ildə üsyançılar tərəfindən Tripoli Dövləti təsis edildi.1920-ci ildə İtaliyanın hökuməti Sireneykalı Sənusilərlə razılıq əldə etməyə çalışdı və Sənusi lideri Səyid İdrisi "Sirenayka Əmiri" kimi tanıdı. İtalyan hakimiyyəti altında müstəqil muxtar Sirenayka dövlətinin qurulmasına razılıq verildi. Tripoli Dövlətinin qabaqcıl şəxsləri 1922-ci ildə Tripoli rəhbərliyini İdrisə təklif etdi. İdris bu təklifi qəbul etməmiş, İtaliya yenidən Liviyanı fəth etməyə qərar verdi. Benito Mussolini'nin Milli Faşist Partiya başçılsı kimi Baş nazirlik vəzifəsini qazanması ilə İtaliyanın Liviya siyasətində bir dəyişiklik meydana gətirildi.[9]
1923 və 1924-cü illərdə İtalyan Ordusu Qadames-Mizda-Ben-i Velid bölgələrinin şimalındakı, Tripoli və Fizan əhalisinin 4/5 -nin yaşadığı bölgəni yenidən ələ aldı. Bu iki illik dövrdə İtalyan qüvvələri Sirenayka'nın şimalındakı düzənlikləri də tutdu. Lakin, Cebel-i Ahtarın ormanlı təpələrini işğal etməyə cəhd göstərən İtalyan qüvvələri geniş partizan dirənişi ilə qarşılanmışdı. Müqavimətə Senus lideri Ömər Muxtar rəhbərlik edirdi.
İtalyanlar, işğal və təzyiq hərəkatına Sirte çölünü işğal etməklə başladı. Hava və torpaq nəqliyyat vasitələrinin səmərəli istifadəsi üçün yaxşı təşkil olunmuş logistika dəstəyi ilə, italyanlar beş ay ərzində 150.000 km2 -dən çox ərazi ələ keçirdi. Beləliklə İtalyanlar Sireneyka ilə Tripoli arasındakı əlaqəni kəsdilər. 1928-ci ilin sonlarına doğru İtaliyalılar Ghibla şəhərini nəzarətə götürdülər və oradakı qəbilələri silahsızlaşdırdılar. Ömər Muxtarla görüşmək üçün cəhdlər uğursuz oldu. İtalyanlar, Liviyanı üsyançılar tərəfindən təmizləməyə qərar verdilər. 1930-cu ildə İtalyanlar Fizanı tutdular.
1931-ci ildə 12 min Sireneykalı qətlə yetirildi. Sireneykanın şimalındakı bütün yerli xalqlar zorla evlərindən çıxarılmış və Sireneyka düzənliyində tikilmiş böyük düşərgələrə yerləşdirilmişdilər. İtalyan hərbi qüvvələri Sireneykada Cebel-i Ahtarın bütün əhalisini zorla evlərindən çıxartdı və köç etməyə məcbur etdi. Yerlərindən edilən 100.000 bədəvi əhalinin yarısını təşkil edirdi. Əsasən qadınlar, uşaqlar və yaşlılardan ibarət olan 100.000-dən çox insan, bütün çöl keçərək, Bingazi yaxınlığında qurulan toplama düşərgələrinə getmək məcburiyyətində qaldılar. Köçə ayaq uydurmayanlar yerindəcə güllələnirdilər.[10]
Misirdən üsyançılara gələn yardımların qarşısını almaq məqsədilə italyanlar, havadan təyyarələrlə qurudanda da zirehli maşınlarla kontrol edilən, Misir ilə sərhədi tikanlı tellərlə bağladı. Sənusilərə zülm edilir, məscid və dərgahları bağlanır, mülklərinə əl qoyulur, ibadətlərinə mane olurdular. Bir yandan da, sənusilərin son qalası olan Kufra Vahasına hücum planlanırdı.1931-ci ildə Kufranı mühasirəyə alan italyanlar, sənusi mültəcilərinə bomba yağdırarkən, bir yandanda çöllərə qaçan dinc əhalinidə havadan bombalayırdılar.1931-ci ildə ələ keçirilən Ömər Muxtar, hərbi məhkəmədə mühakimə olunduqdan sonra, aşkar bir şəkildə, tərəfdaşlarınınvə xalqının gözü önündə asılaraq edam edildi. Muxtarın qətli ilə dirəniş yatırıldı. İtalyan ordusunun komandiri Pietro Badoglio, 1932-ci ilin yanvar ayında Liviyanın işğalının tamamlandığını açıqladı.
İtalyan əsgərlərinin Liviyalı vətəndaşlara qarşı etdiyi iddia edilən müharibə cinayətləri;
Qəsdən dinc sakinləri bombalamaq, silahsız qadınları, uşaqları və yaşlı insanlarını öldürmək, qadınları zorakılığa məruz qoymaq, qarınlarını deşmək, məhbusları təyyarədən atmaq ya da tankla əzmək, müəyyən bölgələrdə dinc əhalini qətlə yetirmək, kəndləri ipritlə bombalamaq.[11]