Lixtenştayn qəsri (alm. Schloss Lichtenstein) — Almaniyanın Baden-Vürtemberq əyalətində yerləşən qəsr.[1]
Lixtenştayn qəsri | |
---|---|
Schloss Lichtenstein | |
48°24′23″ şm. e. 9°15′29″ ş. u.HGYO | |
Ölkə | Almaniya |
Şəhər | Lixtenştayn |
Yerləşir | Baden-Vürtemberq |
Aidiyyatı | Urax hersoqları |
Memar | Karl Aleksandr Heydelof |
Sifarişçi | I Vilhelm |
Əsas tarixlər |
1980 - yenidənqurma 1998-2002 - restavrasiya |
Tikilmə tarixi | 1840—1842 |
Üslubu | Neoqotika |
Vəziyyəti | muzey |
Rəsmi sayt | schloss-lichtenstein.de |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qəsr Svabiya-Baden platforması üzərində yerləşir. 1200-cü ildə tikildiyi düşünülür. 1311-ci ildəki Reyçskrays Müharibəsində və sonra 1381-ci ildəki Reutlinqen şəhəri ilə birlikdə xaraba edildi. Qəsr 1840-cı ilə qədər təmir olunmadı.
1802-ci ildə bu torpaqlar Vürtemberq kralı I Frederikin əlinə keçdi. I Frederik orda ov köşkü tikdirdi. 1837-ci ildə bura qohumu Uraxlı hersoq Vilhelmin əlinə keçdi. O, Villiam Hauflun romanı "Lixtenştayn"dan təsirləndi və 1840–1842-ci illərdə indiki qəsri tikdirdi. Qəsrin memarı Karl Aleksandr Heydelof idi.
Qəsr indi Urax hersoqunun mülkiyyəti olsa da, ziyarətə açıqdır.
Cənubi Afrikada Hount körfəzində və Avstriyada Lixtenştayn adlı qəsrlər mövcuddur.