Lixtenşteyn qalası

Lixtenştayn qəsri (alm. Schloss Lichtenstein‎) — Almaniyanın Baden-Vürtemberq əyalətində yerləşən qəsr.[1]

Lixtenştayn qəsri
Schloss Lichtenstein
Xəritə
48°24′23″ şm. e. 9°15′29″ ş. u.HGYO
Ölkə  Almaniya
Şəhər Lixtenştayn
Yerləşir Baden-Vürtemberq
Aidiyyatı Urax hersoqları
Memar Karl Aleksandr Heydelof
Sifarişçi I Vilhelm
Əsas tarixlər 1980 - yenidənqurma
1998-2002 - restavrasiya
Tikilmə tarixi 1840—1842
Üslubu Neoqotika
Vəziyyəti muzey
Rəsmi sayt schloss-lichtenstein.de
Lixtenştayn qəsri (Almaniya)
Lixtenştayn qəsri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəsr Svabiya-Baden platforması üzərində yerləşir. 1200-cü ildə tikildiyi düşünülür. 1311-ci ildəki Reyçskrays Müharibəsində və sonra 1381-ci ildəki Reutlinqen şəhəri ilə birlikdə xaraba edildi. Qəsr 1840-cı ilə qədər təmir olunmadı.

1802-ci ildə bu torpaqlar Vürtemberq kralı I Frederikin əlinə keçdi. I Frederik orda ov köşkü tikdirdi. 1837-ci ildə bura qohumu Uraxlı hersoq Vilhelmin əlinə keçdi. O, Villiam Hauflun romanı "Lixtenştayn"dan təsirləndi və 1840–1842-ci illərdə indiki qəsri tikdirdi. Qəsrin memarı Karl Aleksandr Heydelof idi.

Qəsr indi Urax hersoqunun mülkiyyəti olsa da, ziyarətə açıqdır.

Eyniadlı qəsrlər

[redaktə | mənbəni redaktə et]

Cənubi Afrikada Hount körfəzində və Avstriyada Lixtenştayn adlı qəsrlər mövcuddur.

  1. "Arxivlənmiş surət". 2007-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-15.