Pont quşsüdü (lat. Ornithogalum ponticum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin quşsüdü cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1 ab (iii) +2ab(iii). Azərbaycanın nadir növüdür.
Pont quşsüdü | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Pont quşsüdü |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Çoxillik ot bitkisidir. Soğanağı çox və az dərəcədə iri, yumurtavari, 1,5-3 sm enində, xaricdə çox vaxt ağ zarlı, şəffaf və ya qonur, ölmüş qınlarla örtülmüşdür. Gövdə]si düz, dəyirmi içi boş, 30-65 sm hündürlükdədir. Yarpaqları ensiz-xətvari, novşəkilli, 4-6 mm enində, gövdədən qısadır. Çiçək qrupu çox çiçəklidir. Çiçəkləri uzun çiçək saplağında, aşağı çiçək saplağı yuxaıdakılardan qısadır; çiçəkləmədən sonra çiçək saplağı çiçək qrupunun oxuna sıxılmışdır.
Çiçəkləmə və meyvə əmələgəlmə dövrü iyun-iyul aylarına təsadüf edir. Kriptofit (geofit) bitkidir. Orta dağ qurşağına kimi meşəkənarı, kolluqlararası, bağlar, əkinlər və otlu yamaclarda, paxlalı-taxıllı, müxtəlifotlu senozlarda komponent kimi iştrak edir. Dekorativ, qida və dərman bitkisidir.
Qobustan rayonu (Mərəzə qəsəbəsi); Böyük Qafqazın şərq hissəsi (Şamaxı rayonu, Damlamaca kəndi, Nağaraxana kəndi Pirqulu qəsəbəsi ətrafları), Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonunun Badamlı və Ayrınc, Culfa rayonunun Ləkətağ və Teyvaz kəndləri ətrafında).
Fraqmentləşmiş sahələrin və təbii ehtiyatların azalması müşahidə olunur.
Antropogen amillər dekorativ bitki kimi yığılması, otların biçilməsi, həmçinin mal-qara tərəfindən tapdalanması.
Yayılma yerlərində antropogen təsiri azaltmaq, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması.