Lonicera korolkowii

Korolkov doqquzdonu (lat. Lonicera korolkowii) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.

Korolkov doqquzdonu
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Lonicera korolkowii Stapf

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Orta Asiyada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m olan, yumşaq tüklü, budaqlı, dekorativ, yarpağıtökülən koldur. Yarpaqların diametri 3 sm-ə çatır, enli qaidəli, yumurtaşəkilli və ya ellipsvarı, ucu biz, mavi-yaşıl rənglidir, çox vaxt göyümtül olur. Aprel-may aylarında 15-20 gün ərzində bol çiçəkləyir, çiçəkləri çəhrayı rəngdə olur və yaşıl fonda çox gözəl görünür. Şarşəkilli, narıncı və ya al-qırmızı, meyvələri budaqların üzərində payıza qədər qalır. Zərərverici və xəstəliklərdən az zərər çəkir. Abşeronda vegetasiyası aprelin ortalarından başlayaraq oktyabrın axırlarına qədər davam edir. Hər il meyvə verir, meyvələri avqustun axırı sentyabrın birinci yarısında yetişir. Toxumların cücərməsi təxminən 8 %-dir. Yay qələmlərinin 95 %-i kök atır.

Qışadavamlılığı yüksəkdir. İşıqsevəndir. Dağların açıq yerlərində, meşə zonasının yuxarı hissəsində, subalp zonasında dəniz səviyyəsindən 3000 m hündürlükdə bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir.

Bütün vegetasiya dövründə dekorativdir, tək və qrup əkinlərində, xüsusilə tozağaclarının fonunda gözəl görünür, balverən bitkidir.