Lonicera maximowiczii

Maksimoviç doqquzdonu (lat. Lonicera maximowiczii) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.

Maksimoviç doqquzdonu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Uzaq Şərqdə, Koreyada, Çində yayılmışdır. Maksimoviç doqquzdonu növü Rusiya botaniki, Sankt-Peterburqda İmperator Elmlər akademiyasının akademiki, Uzaq Şərq və Yaponiya florasının tədqiqatçısı Karl İvanoviç Maksimoviçin (1827-1891) şərəfinə adlandırılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m-dək olan, yarpağı tökülən, şaxələnmiş, çoxbudaqlı koldur. Qoca zoğların qabığı açıq-boz, cavan zoğların qabığı yaşıl və ya bənövşəyi olub, tükcüksüzdür. Yarpaqları ellipsvarı və ya uzunsov-yumurtavarı, uzunluğu 3-7 sm, tünd-yaşıl, qısa saplaqlı, kənarları tükcüklüdür. 4-5 yaşından başlayaraq mayın ikinci yarısından iyunun əvvələrinə qədər çiçəkləyir. Çiçəkləri bənövşəyi-qırmızıdır, 13 mm-dək uzunluqda, yarpaqların qoltuqlarında cüt yerləşir və hər cüt öz yarpağı altında gizlənmişdir. Tez böyüyür. Vegetasiya aprelin birinci yarısından başlayıb, oktyabrın axırlarınadək davam edir. 5-7 yaşından hər il bol meyvə verir. Meyvələri iyulun ikinci yarısında yetişir, yumurtavarı, parlaq qırmızı rəngli bünövrələri ilə cüt birləşmiş olur.

Qışadavamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mədəni şəraitdə Abşeronda, Zaqatalada, Balakəndə, Lənkəranda rast gəlinir. Qoruqlarda mühafizə edilir.

Çiçəkləri, meyvələri və parlaq yaşıl yarpaqları çox dekorativdir. Qrup əkinləri, canlı çəpərlər kimi əkilməsi məsləhət görülür.