Tatar doqquzdonu (lat. Lonicera tatarica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Tatar doqquzdonu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Tatar doqquzdonu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Cənubi Sibirdə, Orta Asiya dağlarında, Tyan-Şanda, Altada bitir.
Hündürlüyü 1,5-2,5 m-ə qədər olan koldur. Gövdəsinin qabığı bozumtul rəngdə olub, tədricən soyulur. Cavan zoğları hamar, sarımtıl-qonur rənglidir, zoğun ucunda yumurtavari, qarşı-qarşıya yerləşmiş tumurcuqları olur. Yarpaqları 6 sm uzunluqda və 3 sm enində olmaqla yumurtavarı və ya neştərvarı formalıdır, ucdan sivriləşmiş, bəzi hallarda iridir, yarpaq qoltuğunda cüt-cüt yerləşir, ləçəkləri ağ və ya tünd çəhrayı rənglidir. Meyvəsi 7 mm diametrində, qırmızı və ya sarımtıl rəngli, kürəvidir, avqust ayında yetişir, acıdır, yeyilmir, budaqlar üzərində cüt-cüt sərbəst və ya azacıq bitişik halda olur.
Təbii halda meşə-çöl zonasında, çay vadilərində, qayalarda, meşə yaruslarında kölgəli ərazilərdə bitir.
Böyük Qafqazda, Kür-Araz ovalığında və Cənub böıgəsində rast gəlinir.
Tək və qrup əkinlərində istifadə üçün yararlıdır.Ətirli çiçəyi, sıx, tünd-yaşıl çətiri bitkiyə çox dekorativ görkəm verir. Qabığında alkoloidlər, kumarin, saponin, flavonid, kömür, çiçəklərində isə şəkər, qlükoza, fruktoza vardır ki, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.