Lonicera xylosteum

Adi doqquzdon (lat. Lonicera xylosteum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.

Adi doqquzdon
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Yabanı halda Avropanın Şimali, Mərkəzi və Şərq vilayətlərində, Şimali Amerikada, Uralda və Qərbi Sibirdə rast gəlinir.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2,5 m-dək, yarpağıtökülən koldur. Oduncağı yaşılımtıl-ağdır. Cavan zoğları yaşıl və ya qırmızımtıl rəngli, qoca zoğlarının qabığı boz və qonur-bozdur. Tumurcuqları konusvarı, xırda, 1–2 mm-dir. Yarpaqların uzunluğu 3–7 sm, eni 2–5 sm, qarşı-qarşıya düzülmüş ellipsvarı formalı, qısa, ucu biz, kənarları bütövdür. Yarpaq ayasının yuxarı tərəfi tünd-yaşıl, tutqun, alt tərəfi bozumtul, yumşaq sıx tükcüklərlə örtülüdür. Çiçəkləri yarpaqların qoltuğunda cüt yerləşir. Sarımtıl-ağ çiçək tacının uzunluğu 10–15 mm, zəngvarı içərisi tüklü və küt hissəlidir, çiçəkləmənin sonunda saralır. Kasacığı 5 dişlidir. Çiçəklənmə vaxtı may-iyundur. Meyvələri sulu, tünd-qırmızı, şarşəkilli olub, iyulun axırlarında yetişir. Meyvələrinin içərisində 2 ədəd ağ çəyirdək olur, qışın ortalarına qədər budaqların üzərində qalır. Bəzi hallarda bitkidə ikinci çiçəkləmə müşahidə edilir. Torpağa tələbkar deyil, qışa və quraqlığadavamlıdır. İşıqsevəndir. Yarpaqları qısasaplaqlı, bərk, oval, və ya ellipsvaridir, tamkənarlı, çılpaq, göyümtüldür, uzunluğu 3,5–10 sm, eni 3–6 sm-dir; yuxari yarpaqları dəyirmi-ovaldır, cüt-cüt birləşərək kasaşəkilli forma əmələ gətirir. Çiçəkləri ətirlidir, iridir, oturaqdır, bir neçə ədəd olmaqla çiçək köbəsində yerləşmişdir. Tac çəhrayıtəhər, sarımtıl və ya sarımtıl-ağ rəngdə olub, uzunluğu 5 sm-dir, uzun qırmızımtıl, xaricdən tükcüklü və ya demək olar ki, çılpaq borucuqlu və 5 bölümlü büküşləri olan uzunsov hissələri vardır. Meyvələri qırmızımtıl-narıncı rəngli giləmeyvədir. Toxumları ellipsvaridir. May-avqust aylarında çiçəkləyir, iyun-sentyabr aylarında meyvə verir

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Samur-Şabran oval., BQ (Quba), Qobustan, BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəz, KQ cənub. Ovalıqdan orta dağ qurşağına qədər yayılmışdır. Çayların kənarlarında, kolluqların arasında, işıqlı meşə talalarında bitir.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Çay və kiçik çay sahillərində, kolların arasında, işıqlı meşələrdə və meşə ətrafında rast gəlinir.

Dekorativ bitkidir. Yeməli deyil. Əsl doqquzdon bəzən dekorativ bitki kimi istifadə edilir. Budanmanı yaxşı keçirir. Bal arıları ondan çoxlu miqdarda nektar və tozcuq toplayır.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 174.