Alp satiri (lat. Pseudochazara alpina) — pulcuqqanadlılar dəstəsinin satirlər fəsiləsinə aid növ.
Alp satiri | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Alp satiri |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Qanadları açıq halda 50-60 mm-dir. Qanadların üst tərəfi bozumtul-qəhvəyi rəngdə olub, kənarlarından enli, kərpici rəngli zolaq keçir. Ön qanadlar üzərində 1-2 qara gözcük vardır. Arxa qanadların alt tərəfi bozumtul qum rəngdədir, üzəri tünd rəngli qeyri-dəqiq ştrixlərlə örtülmüşdür (tez-tez qonduğu daşlara, torpağa mimikriya edir). [1]
Şahdağ və Babadağ ərazilərində, Qafqazın cənub yamaclarında yayılmışdır.
Qaya bitkiləri yetişən sıldırım daşlı qayalarda yaşayır. Kəpənəklər iyulun ikinci yarısında və avqustda uçurlar. Tırtılları yazda və yayın əvvəllərində yabanı dənli bitkilərlə qidalanır. Yumurtalar qışlayır. İldə bir nəsil verirlər. Təbii düşməni və xəstəlikləri məlum deyil.[2]
R.Əffəndi tərəfindən Şahdağ ərazisində 5 kəpənək qeydə alınmışdır.
Yaşadığı biotopların güclü yağıntıların əmələ gətirdiyi sürüşmələr nəticəsində dağılması, mal-qaranın otarılması, həvəskar kolleksiyaçılar tərəfindən kommersiya məqsədilə tutulması məhdudlaşdırıcı amillərdəndir.
Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.
Azərbaycanda kəpənəyin biologiyasının ətraflı öyrənilməsi, onun yaşadığı ərazilərə monitorinqlərin təşkil edilməsi qorunması üçün məsləhət görülən tədbirlərdəndir.