Loqoqraf

Loqoqraflar (Ynanca logos- söz,nəsr, grapho — yazıram deməkdir) — Qədim Yunanıstanda bu söz altında iki qrup insan nəzərdə tutulurdu: tarixçilər və natiqlər ( Nitq tərtibatçıları).


Tarixə dair ilk yazılı əsərlər qədim Yunanıstanda meydana çıxmışdır. "Epos" adı verilən bu əsərlər Loqoqraflar tərəfindən qələmə alınırdı. Bu qəbildən olan tarixi əsərlər hekayəçi, rəvayətçi xarakterli əsərlər idi. Daha sonra öyrədici, praqmatik xarakterli tarixi əsərlər meydana çıxmağa başlamışdı ki, bu cür əsərlərin qələmə alınmasında məqsəd keçmişdə baş vermiş hadisələrdən dərs almaq, oxuyucuya əxlaqi və mənəvi duyğular aşılaya bilmək idi.
İlk loqoqraflar e.ə.VI əsrdə yaşamışlar. İki nəsil Loqoqrafları fərqləndirirlər: Böyüklər ( e.ə. VI əsrdən - e.ə. V əsrədək) Miletli Kadm, Miletli Hekatey, Xaron, Skilak və b. Kiçiklər (e.ə. V əsrin ikinci yarısı) Ferekid, Ksanf, Hellanik və b.

Nitq tərtibatçıları

[redaktə | mənbəni redaktə et]

Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir göstərən səbəblərdən biri də Solon qanunları olmuşdur. Bu qanunlara görə hər bir afinalı məhkəmədə öz hüququnu müdafiə etməyi bacarmalı idi . Belə bir tələb əsasında afinalılar hüquqi biliklərə yiyələnməyə, həm də öz hüquqlarını müdafiə etmək üçün aydın, təsirli, məntiqli, sübutlu, rabitəli danışa bilməyə xüsusi səy göstərirdilər. Afinada məhkəmə proseslərini 501 nəfər münsiflər heyətindən ibarət olan vətəndaş aparırdı. Kimin müqəssir olub-olmaması əksəriyyətin səs verməsi yolu ilə müəyyənləşdirilirdi. O zaman məhkəmədə vəkillər fəaliyyət göstər-mədiyindən vətəndaşlara loqoqraflar kömək edirdilər. Loqoqraflar hüquqi təhsil almış adamlar idilər, onlar xüsusi muzdla məhkəmədə baxılacaq işin məzmun və mahiyyəti ilə bağlı nitqlər yazırdılar. İşi məhkəməyə düşən afinalı həmin nitqi əzbərləyir və məhkəmə prosesində özünü müdafiə edirdi. Lisi , Hiperid , Esxin , Trasimax , Demosfen öz dövrlərinin görkəmli loqoqraflar olmuşlar.[1]
Qədim Yunanıstanın siyasi xadimlərindən Demosfenin özü də əvvəllər loqoqraf kimi fəaliyyət göstərmişdir.[2]

  1. "Arxivlənmiş surət" (PDF). 2020-03-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-05-27.
  2. www.elibrary.bsu.az/kitablar/936.pdf