Lord Bayron adına 20 nömrəli məktəb (erm. Լորդ Բայրոնի անվան թիվ 20 միջնակարգ դպրոց) — Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə yerləşən təhsil müəssisəsi. Məktəb 1990-cı ildə Britaniya hökuməti və cəmiyyətinin vəsaiti ilə Spitak zəlzələsi nəticəsində dağıdılmış bir təhsil müəssisəsinin yerində inşa edilmişdir.
Lord Bayron adına 20 nömrəli məktəb | |
---|---|
erm. Լորդ Բայրոնի անվան թիվ 20 միջնակարգ դպրոց | |
40°48′16″ şm. e. 43°51′17″ ş. u.HGYO | |
Əsası qoyulub | 1950[1] |
Yenidən təşkil olunub | 1990[2] |
Tip | orta-ixtisas təhsili müəssisəsi |
Tələbə sayı | 1.000 |
Şəhər | Gümrü |
Ölkə | |
Ünvan | Marqaret Tetçer küçəsi 1 |
Sayt | gyumri20.schoolsite.am |
Məktəb 1950-ci ildə tikilmiş və yazıçı və dramaturq Qabriel Sundukyanın adını daşıyırdı.[1] 1988-ci ildə Spitak zəlzələsi zamanı məktəb binası dağıldı, dağıntılar altından 44 şagird və müəllimin cəsədləri çıxarıldı.[3]
10 iyun 1990-cı ildə yenidən qurulan məktəbi Sovet İttifaqında ilk dəfə səfərdə olan Birləşmiş Krallığın Baş Naziri Marqaret Tetçer açdı.[2] O vaxtdan bəri xaricdə yaşayan ermənilər də dəstək göstərməyə başladılar. Yeni qazanxana inşa edildi, oyun meydançası isə Ümumerməni Xeyriyyə Birliyi (AGBU) tərəfindən ödənildi.[4]
Məktəbin dizaynı britaniya memarları tərəfindən hazırlanmışdır. Məktəbin tikilməsi üçün tələb olunan materiallar, mebel və işçi qüvvəsi Birləşmiş Krallıqdan ixrac edildi.[5]