Luçio Dalla (it. Lucio Dalla; 4 mart 1943[1][2][…], Boloniya[3] – 1 mart 2012[1][2][…], Montrö[d], Vo kantonu[3]) — italyan bəstəkar və müğənni.
Luçio Dalla | |
---|---|
it. Lucio Dalla | |
Ümumi məlumatlar | |
Doğum adı | Lucio Dalla |
Doğum tarixi | 4 mart 1943[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1 mart 2012[1][2][…] (69 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ürək tutması |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktyor, müğənni-mahnı yazarı, bəstəkar, film bəstəkarı |
Fəaliyyət illəri | 1966-cı ildən |
Janr | rok |
Musiqi alətləri | klarnet, piano |
Səs tembri | tenor |
Albom şirkəti | RCA Records |
Mükafatları | |
luciodalla.it | |
Vikianbarda əlaqəli mediafayllar |
Luçio Dalla 1943-cü ildə İtaliyanın Bolonya şəhərində doğulub. Əvvəl caz ifaçısı olub, klarnetdə çalıb. 1964-cü ildən mahnıları ilə tanınmağa başlayıb.
Məşhur italyan müğənni Canni Morandi üçün mahnılar yazıb. Dallanın "Piazza Grande", "Luna all", "Anno che verra" mahnıları çox sevilir.
Onu dünyada ən çox tanıdan mahnı 1986-cı ildə əfsanəvi opera müğənnisi Enriko Karuzoya həsr etdiyi "Karuzonun xatirəsinə" (Caruso) mahnısıdır.[4] Təsadüfən Neapoldakı otellərin birində qalan Luçio Dalla Karuzonun burada vəfat etdiyini öyrənir. Otelin sahibləri ona Karuzonun son günləri barədə danışırlar. Onun nəğmə dərsi dediyi bir qıza sevgisindən söz açırlar. Bu hekayə Dallanı ilhamlandırır və o, Karuzoya həsr etdiyi əfsanəvi mahnını yazır. Bu mahnını dünyanın bir çox məşhur müğənniləri, o cümlədən Luçano Pavarotti, Xulio İqlesias, Andrea Boçelli və bir çox başqaları oxuyublar. Azərbaycanda da bu bəstənin ifaçıları var.
Luçio Dalla 1 mart 2012-ci ildə, 69-cu doğum gününə 3 gün qalmış İsveçrənin Montrö şəhərində keçirdiyi infarktdan vəfat etmişdir.[5] Onun Bolonyadakı dəfn mərasimində 50 mindən artıq pərəstişkarı iştirak etmişdi.[6]