Andrea Boçelli (it. Andrea Bocelli; 22 sentyabr 1958[1][2][…], Layatiko[d], Toskana) — İtalyan tenor, bəstəkar, müğənni və albom prodüseri.[3] Müğənni Selin Dion onun haqqında: "Əgər Allahın oxumağa səsi olsa, bu səs Andrea Bocellinin səsinə oxşamalıdır" deyib. Prodüser və bəstəkar Devid Foster isə Andrea Bocellinin səsini "dünyanın ən gözəl kişi səsi" kimi təsvir edir.[4][5]
Andrea Boçelli | |
---|---|
it. Andrea Bocelli | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 22 sentyabr 1958[1][2][…] (66 yaş) |
Doğum yeri | |
Uşaqları | 3 (Matteo Boçelli daxil olmaqla) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | mahnı yazarı[d], müğənni-mahnı yazarı, musiqi prodüseri, opera müğənnisi, vəkil, bəstəkar, pianoçu, gitaraçı, saksofonçu[d], truba ifaçısı[d] |
Fəaliyyət illəri | 1992-ci ildən |
Janr | opera |
Səs tembri | tenor |
Albom şirkətləri | Decca Records[d], Universal Music Group |
Təhsili | |
Mükafatları | |
andreabocelli.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1992-ci ildən bəri Boçellinin 90 milyondan çox albomu satılıb.[6][7]
Zəif görmə ilə doğulan Boçelli, on iki yaşında futbol oynayarkən keçirdiyi qəza nəticəsində görmə qabiliyyətini tam itirib.
1994-cü ildə Sanremo Musiqi Festivalının "Yeni gələnlər bölümü"ndə "Il mare calmo della sera" mahnısı ilə qalib olmuşdur. Beynəlxalq şöhrətinə böyük təkan verən Con te partirò (Sağollaşmaq vaxtıdır) adlı mahnı ilə Avropada uzun müddət musiqi listlərinin, hit mahnıların başında yer almışdır.
1998-ci ildə adı People jurnalında dərc edilən "50 ən gözəl/yaraşıqlı insan" siyahısında yer alıb.[8] 1999-cu ildə Qremmi Mükafatının Ən Yaxşı Yeni Sənətçi nominasiyası üzrə namizəd olub. "Quest for Camelot" animasi filmi üçün yazılmış, Selin Dionla duet oxuduğu "The Prayer" mahnısı ilə, Qızıl Qlobus Mükafatının Ən Yaxşı Orijinal mahnı nominasiyası üzrə qalib, Oskar Mükafatının Ən Yaxşı Orijinal Mahnı nominasiyası üzrə isə namizəd olmuşdur.[3] "Secret Arias" albomu ilə Ginnesin Rekordlar Kitabına düşüb. Həmin albomla "ABŞ Klassik Albomlar" siyahısında 3-cü yerə sahibdir.[3]
İtaliyalı populyar musiqiçi, opera, pop, operatik pop və romantik musiqilərin mahir ifaçısı Andrea Boçelli 1958-ci il 22 sentyabrda dünyaya gəlib.
Andreanın şərab istehsalçısı olan atası Alessandro, oğlunun musiqiyə marağının olduğunu görüb onu musiqi məktəbinə qoyur. 6 yaşından fortepiano çalmağı öyrənən Andrea, burada fleyta və saksofonda da ifa etməyi öyrənir.
Kiçik yaşlarından gözlərində problem olan Andrea hələ 6 aylığında bir neçə dəfə gözündən əməliyyat olunmuşdu, lakin bunların heç bir faydası olmur və 12 yaşında futbol oynayarkən baş verən bədbəxt hadisə nəticəsində o, görmə qabiliyyətini tamamən itirir. Ancaq yaşanan faciə Andreanın gələcəkdə uğur qazanmasına mane olmur.
İki oğul və bir qız atasıdır. Hüquq fakültəsi məzunudur və dünyanın ən yaxşı üçüncü tenoru olaraq qəbul edilməkdədir.
Andrea hüquq sahəsinin ona yad olduğunu anlayır. O, yenidən musiqi sahəsinə üz tutur, tanınmış opera tenoru Franko Korellinin tələbəsi olur. İfaçının özü dediyi kimi: "Bir çoxlarının musiqi kayerasına son verdikləri yaşda mənim musiqi karyeram başladı." Bunun adı taledir və Andrea öz taleyinin ardınca gedirdi. Bu taleyin iştirakçılarından olan italyan rok ifaçısı Zucchero 1992-ci ildə Pavarotti üçün hazırlanmış "Miserere" mahnısını oxumaq üçün ifaçı axtardığı zaman Andrea peyda olur və tenor bu musiqini o qədər gözəl ifa edir ki, onun bu ifasını dinləyən Pavarotti bu gəncin kim olması barədə maraqlanır və beləliklə, Andrea uğur nərdivanının ilk pilləsinə qalxır.
1992-ci ildə məşhur italyan rok ifaçısı Zucchero Pavarotti üçün hazırlanmış "Miserere" mahnısını oxumaq üçün tenor axtarışına başlayır. Sonra kasetdə Bocellini dinləyən Pavarotti Zukeroya onun əvəzinə Bocellidən istifadə etməsini bildirir.