Mursa (lat. Luciobarbus mursa) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü.
Mursa | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Dəstəüstü: Ranqsız: Ranqsız: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Mursa |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Bədəni uzunsov, dəyirmi, alnı qabarıqdır, dodaqları yaxşı inkişaf etmiş ətlidir. Alt dodağı üçdilimlidir. Alnı qabarıqdır. Ənsənin gerisində beli düzdür. Bel üzgəcinin son şaxəsiz şüası xeyli yoğunlaşmış və çoxsaylı dişiciklərlə təchiz olunmuşdur. Quyruq üzgəci güclü şəkildə çökəklikdir. Cavanların bədənində bəzən xallar olur, yaşlılarda isə olmur. Bel üzgəcində 8, anal üzgəcində 5 şüa, yan xətt orqanında 87-97 pulcuq olur.
Kürün orta axarında və qollarında (Qanıxçay, Qabırrıçay (İori), Mazım, Katex, Əlcihan, Türyan, Tərtər, Qara) yayılmışdır. Əvvələr Kürdə Salyana, Arazda isə Qaradonluya qədər enirdi.[1] Arazın qollarından Şərqi Arpa, Naxçıvan, Aza, Oxçu, Bazar, Həkəri çaylarında qeydə alınmışdır.
Daşlı dibi olan iti axan çaylara üstünlük verən şirinsu balığıdır. Suyu sürətlə axan, dibi daşlı olan çaylarda yaşayır. Uzunluğu 32,5 sm-ə çatır. Su cücülərinin sürfələri (əsasən bulaqçılar, gündəcələr), bitki detriti və toxumaları, bəzən xironomidlər və kürəkayaqlı xərçənglərlə qidalanır.
Azsaylı olduğundan yalnız həvəskar balıqçılar tərəfindən ovlanılırlar. Əti dadlıdır, qızılxallını xatırladır.