Lui Anri Bussenar (4 oktyabr 1847[1][2][…] – 11 sentyabr 1910[1][3][…] və ya 11 noyabr 1910[4], Orlean, Luare, Fransa[5]) — Fransa yazıçısı.[6]
Lui Anri Bussenar | |
---|---|
fr. Louis Henri Boussenard | |
Doğum tarixi | 4 oktyabr 1847[1][2][…] |
Vəfat tarixi | 11 sentyabr 1910[1][3][…] (62 yaşında) və ya 11 noyabr 1910[4] (63 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], yazıçı, həkim, fantastika yazıçısı[d], romançı |
Fəaliyyət illəri | 1877-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Paris Universitetinin tibb fakültəsini bitirmişdir (1870). Fransa-Prussiya müharibəsində (1870 –71) iştirak etmiş, yaralanmışdır.
Afrika, Amerika və Avstraliyaya çoxsaylı səyahətləri zamanı topladığı etnoqrafik və tarixi materiallar əsasında "Parisli səfilin dünya səyahəti" (1880), "Qviana robinzonu" (1882), "Parisli səfilin şirlər ölkəsində sərgüzəştləri" (1886) və s. macəra romanlarını, J. Vernin yaradıcılığının təsiri altında "10000 il buzlar arasında" (1890) və s. elmi-fantastik romanlarını yazmışdır.[6]