Luici Dallapikkola (3 fevral 1904[1][2][…] – 19 fevral 1975[1][2][…], Florensiya[3]) — italyan bəstəkarı, pianoçu
Luici Dallapikkola | |
---|---|
it. Luigi Dallapiccola | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 3 fevral 1904[1][2][…] |
Vəfat tarixi | 19 fevral 1975[1][2][…] (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | şiş |
Uşaqları | 2 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | pianoçu, bəstəkar |
Janrlar | opera, klassik musiqi, dodekafoniya |
Musiqi aləti | piano |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Fortepiano (1924) və kompozisiya (1931) sinifləri üzrə Florensiya konservatoriyasını bitirmişdir. Həmin konservatoriyada dərs demişdir (1934–67 illərdə fortepiano sinfi üzrə professor).
Yaradıcılıq yolunun başlanğıcında neoklassisizmə yaxın olmuşdur. 1930-cu illərin ortalarından onun bəstəkarlıq texnikasının əsasını dodekafoniya təşkil etmişdir. Melodiya, diatonika ("Marsia" baleti; 1948, Venesiya) və tonallıqdan tamamilə imtina etmədən Dallapikkola özünün "lirik dodekafoniya" üslubunu yaratmışdır. Sapfo, Alkey və Anakreontun şeirlərinə səs və instrumental ansambl üçün yazdığı "Yunan şeirləri" bütünlüklə dodekafoniya əsəridir (1945). Antifaşist ruhlu triptix ("Məhbəs mahnıları" kantatası, 1941;1949 ildə radio ilə səslənmiş birpərdəli "Məhbus" operası 1950 ildə Florensiyada tamaşaya qoyulmuşdur; "Qurtuluş nəğmələri" kantatası, 1955) və əvvəllər yazdığı musiqidən mövzuların daxil olduğu "Uliss" operası (Homerin "Odisseya" əsəri üzrə öz librettosu, 1968, Berlin) bəstəkarın ən məşhur əsərləridir. Musiqi tənqidçisi kimi də çıxış etmişdir. K.Monteverdinin "Ulissin vətənə qayıtması" operasının (1942) və M.P. Musorqskinin "Sərgidən şəkillər" fortepiano silsiləsinin (1940) redaksiyalarını həyata keçirmişdir.