Bu məqaləni vikiləşdirmək lazımdır. |
Dodekafoniya (yunan dilində "dodeko" — 12, "fon" — səs deməkdir) — Arnold Şönberq tərəfindən yaradılan sistem. Şönberq "dodekafoniyanın atası" adlanırdı.
1909-cu ildən Arnold Şönberqin yeni üslub axtarışlarının təməli qoyulur. Bəstəkar tonal musiqinin ənənəvi prinsiplərindən uzaqlaşmağa çalışır. Və beləliklə, o, atonal sistemi yaradır. Bu sistem səslərin sabit — qeyri sabit bölgüsünü inkar edir. Atonallıq üçün xarakterik olan cəhətlər: dissonansların üstünlüyü, həlli olmayan gərginliyin stabilliyi "Gözləmə" monodramında öz əksini tapır. Bu dövrün əsas əsəri "Aylı Pyerro" melodeklomasiya silsiləli vokal məcmuədi. Bu əsərdə həm də vokal partiyasının traktovkası yeni idi. İlk dəfə olaraq, Şönberq burada danışıq oxuma — "şprexqesonq" — növündən istifadə edir. Atonal yaradıcılıq dövrünün yüksək nailiyyəti də məhz elə bu əsər olmuşdur.
Dodekafoniya da məhz atonal musiqisinin inkişafı nəticəsində yaranmışdır. Bu sistemi qurmaq üçün 12 xrammatik səsin hamısından istifadə edilməlidir. Bir seriya daxilində hər səs yalnız bir dəfə istifadə edilə bilər və təkrara yol verilmir. Və səslər arasında üçsəslilərin istifadəsi qadağandır. Seriya 4 formada yazılır: əsas, inversiya, xərçəng, xərçəng-inversiya. Bu 4 formanın qurulması üçün ən əhəmiyyətlisi əsas formanı qurmaqdı. Əsas qurulur daha sonra inversiya qurulmağa başlanılır. İnversiyanın ilk və son səsi əsasın ilk və son səsi ilə eynilik təşkil edilməlidir. Əsasda qurduğumuz səslər say etibarilə əks istiqamətdə yazılır. Xərçəng əsasın sondan başa, xərçəng-inversiya isə inversiyanın əks istiqamətdə yazılışıdır. Bu kvadrat ya bütünlüklə, ya da bəziləri əsər bəstələnərkən istifadə olunur. Əsər daxilində 12 səsin hamısı istifadə edilməsi şərtilə bir səsin ossenat təkarına icazə verilir. Əsər seriyanın istənilən səsindən başlaya bilər. Lakin sonradan əvvəlki səslər mütləq şəkildə əlavə olunmalıdır. Əsər bəstələrkən bu qayda nəzərə alınır:
Və seriyanın əsas və müxtəlif formalarda 47 forması mövcuddur.
Bu sistemdə hesablama ön planda olduğuna görə melodiya arxaya plana keçmişdir. A. Şönberqin tonal-atonal musiqiyə keçidindəki kəskin fərqlər atonal- dodekafoniya musiqisinə keçidində bir o qədər də hiss olunmamışdır.
Bu sistemi, o, 1922-ci ildə tərtib edir. Özü isə bu haqda belə yazmışdır: — "Mən alman musiqisinin yaxın 100 ildə hökmranlığını təmin edəcək bir kəşf etmişəm". Bu dövrdən başlayaraq Şönberq Avropa musiqi modernizminin liderinə çevrilir. Yaradıcılığının "dodekafoniya" dövrünün orkestr üçün vasiyasiyalar, simli kvartetlər, skripka və orkestr üçün konsert, fortepiano və orkestr üçün konsert kimi əsərlərində özünün kompozisiya texnikasının tonal yazı və klassik formalarla- rondo, sonata, variasiya və polifonik formalarla uzlaşdırması müşahidə olunur.
1912–1923-cü illər ərzində Şönberq az əsər bəstələyir. Yaradıcılıq pauzası yeni yazı metodunun işlənməsi ilə bağlı olmuşdur. Dodekafoniya çərçivəsində yazılmış ilk əsəri fortepiano üçün Süita idi. Burada bəstəkar yeni vasitələrlə XVIII əsr ənənəvi süitasının forma və janrlarını: faqot, menuet və s yaratmağa cəhd edir. Orkestr üçün Variyasiyalar, xor üçün "Satira", III və IV simli kvartetlər, skripka üçün konsert, f-no üçün konsert yeni texnika üslubunda yazılmış əhəmiyyətli əsərlərindəndir.
F-no üçün yazdığı Süitada op. 25 bəstəkar qədim süita formasına müraciət edir. 7 alət üşün yazdığı süita op.29 alman xalq mahnısından istifadə edir. Və bu süitada dodekafoniyadan məharətlə elə istifadə edir ki, diatonik melodiyada bu təsiri hiss eləmək mümkündür. Bəstəkarın f-no üçün 5 pyesində, nəfəs alətləri üçün yazdığı kvintetin ikinci hissəsində Vals janrının elementlərinə rast gəlinir. O, demək olar ki, dodekafoniya üslubunda yazdığı əsərlərdə neoklassik ənənələrə tez-tez müraciət etmişdir.
A. Şönberqin 20–30-cu illərdə yazdığı dodekafoniya üslubundakı əsərlərdə artıq ümidsizlik və qarışıqlıq sinir və həyəcanlı atmosfer hökm sürür. Bu dövrdə yazdığı əsərlərdə qısqanclıq və qısqanclığın acı nəticələri öz əksini tapır.
Özünün üçüncü simli kvartetində op.30 Şönberqin yaradıcılığına bir o qədər xas olmayan özünə əminlik, enerjili hərəkət duyulur.
Və bu üslubda yazdığı əsərlərdə musiqi dili kəskin dəyişir. Kəskin sıçrayışlar, ekstravaqant səslənmə bu üsluba xas olan cəhətlərdir. Və bu sistem musiqi dili ilə bərabər musiqi alətlərinin də ifa imkanlarını genişləndirdi. Bu zamanadək alətlərin üzə çıxmayan ifa imkanlarını ön plana çəkdi.
A. Şönberq yaradıcılığına və estetikasına xas olan ziddiyətlilik, yəni musiqi ifadə vasitələrindən radikal novatorluluqla klassik ənənələrə cəhdin uzlaşması, musiqidə faciəvi-dramatik koloritin estetik gücü ilə ifadəsi bəstəkarının dünyagörüşünün ikiləşməsindən xəbər verir. X. Eysler yazmışdır ki, Şönberq musiqi xarakterlerinin ifadə vasitələrini genişləndirmişdir.
Bəstəkar açıq surətdə öz musiqisinin məğzini sonsuz pessimizm (mistika, naməlumun axtarışı, gerçəklikdən qaçmaq haqqında arzular, gələcək qarşısında qorxu) kimi qiymətləndirib. Bəzən Şönberqi "öz dövrünün xəstə övladı" kimi də adlandırdılar. X. Eysler deyirdi: "Şönberq XX əsin dahi bəstəkarıdır. Onun təsiri böyük olmuşdur. Musiqinin tarixi onsuz qeyri-mümkündür. Əlbəttə bu burjuaziyanın süqutu və qürubudur".
A. Şönberq özünün fikrincə atonal musiqidə müraciət edı bilmədiyi iri formalı instrumental əsərlərə dodekafoniya dövründə müraciət edir. O, sonata formasından nəfəsli alətlər üçün yazdığı kvintetin birinci hissəsində və üçüncü kvartetin finalında rondodan məharətlə istifadə etmişdir. Bu da onu sübut edir ki, A. Şönberq klassik ənənələrə sıx bağlı olmuşdur. Onu qeyd etmək lazımdır ki, Şönberq pedaqoji fəaliyyəti dövründə həmişə ənənəvi solfecio və harmoniya dərsləri keçmişdir. Yəni o bu yeni yaratdığı seriyasından heç zaman dərs deməmişdir.
Onun bu texnikasını hər insan qəbul etməsə də, qulağa və ürəyə xitab eləməsə də, bəstəkarın bu kəşfinin sonrakı bəstəkarlar- Anton Vebern, Alban Berq üçün də işıq tutduğunu və musiqi tarixini necə zənginləşdirdiyini danmaq mümkünsüzdür.