Luis Kolina Alvares (isp. Luis Colina Álvarez; 12 avqust 1888[1], Madrid – 22 iyul 1956[2], Valensiya[1]) — İspaniya futbol hakimi, məşqçisi və funksioneri. 1924 Yay Olimpiya Oyunlarının iştirakçısı olmuşdur. Futbol üzrə İspaniya milli komandasının məşqçisi (1924).
Luis Kolina | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 12 avqust 1888[1] |
Doğum yeri | |
Vəfat tarixi | 22 iyul 1956[2] (67 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
Luis Kolina 12 avqust 1888-ci ildə İspaniyanın Madrid şəhərində anadan olmuşdur. 1919/20 mövsümündə "Real Madrid"in direktoru olmuşdur.[3]
21 dekabr 1924-cü ildə Xose Rosiç və Xulian Olave ilə birlikdə Avstriya ilə evdə yoldaşlıq oyununda (2:1) İspaniya millisinə rəhbərlik etmişdir.[4][5] O, beynəlxalq futbol hakimi olmuşdur. 1924–1926-cı illərdə İspaniya məhkəmə sisteminin prezidenti olmuşdur.[3]
1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının futbol turnirində çalışmışdır. 1/8 final mərhələsinin Fransa–Latviya oyununda (7:0) baş hakimin köməkçisi, eyni mərhələnin Misir–Macarıstan duelində (3:0) baş hakim olmuşdur.[6] 16 mart 1927-ci ildə Portuqaliya–Fransa yoldaşlıq matçının (4:0) baş hakimi olmuşdur.[7]
22 iyul 1956-cı ildə İspaniyanın Valensiya şəhərində vəfat etmişdir.