Luiza Albertina de Brolyi, qrafinya d'Ossonvil fr. Louise Albertine de Broglie, comtesse d'Haussonville; 25 may 1818, Koppe — 21 aprel 1882, Paris) — fransız yazıçı və tarixçi, hersoq Viktor de Brolyinin və baronessa Hedviqa Qustava Albertina Stal fon Qolşteynin qızı, tanınmış yazıçı Anna de Stalın nəvəsi.
Luiza Albertina de Brolyi, qrafinya d'Ossonvil | |
---|---|
fr. Louise Albertine de Broglie, comtesse d'Haussonville | |
| |
Doğum tarixi | |
Doğum yeri | Koppe |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Vətəndaşlığı | Fransa |
Milliyyəti | fransız |
Həyat yoldaşı | Jozef d'Ossonvil |
Atası | Viktor de Brolyi |
Anası | Hedviqa Qustava Albertina Stal fon Qolşteyn |
Fəaliyyəti | yazıçı, tarixçi, bioqraf |
Əsərlərinin dili | fransız dili |
Luiza de Brolyi Vikimənbədə |
Luiza de Brolyi 1836-cı ildə Jozef d'Ossonvil (1846-cı ildən qraf) ilə ailə həyatı qurmuş, ondan üç uşağı olmuşdur. İtaliyada səyahətə çıxdıqları zaman onlar Romadakı Fransa Akademiyasına rəhbərlik edən Jan Oqyust Dominik Enqr ilə tanış olurlar. 1840-cı illərin ilk yarısında Enqr Parisdə Luizanın portretini çəkir. Bu portret sonralar rəssamın ən məşhur rəsm əsərlərindən biri olur.
Luiza de Brolyi bir neçə ədəbi-tarixi əsərin müəllifidr; ona məşhurluğu İrlandiyanın azadlığı uğrunda mübarizə aparmış inqilabçı Robert Emmetin bioqrafiyası gətirmişdir. Qrafinya d'Ossonvil həm də Fransa Akademiyası ilə öz arasında olan məşhur "ailə bağları"na görə tanınır. Belə ki, o bir akademikin qızı, digərinin bacısı, üçüncüsünün arvadı, dördüncüsünün isə anası olmuşdur[1][2][3][4].