Luiziananın satın alınması

Satın alınan ərazilər qara xəttlə işarələnmişdir.

Luiziananın satın alınması (ing. Louisiana Purchase) — Missisipi çayının qərbində yerləşən ərazilərin ABŞ tərəfindən Fransadan satın alınmasına verilən ad. Luiziananın satın alınması, ABŞ tarixində ən böyük ərazi genişləndirmək planı hesab olunur. Alınan ərazilərin sahəsi 2.100.000 km² olub. Ərazi üçün Fransaya 15 milyon dollar ödənib. Bununla da hər hektar əraziyə 7 sent düşürdü. Müqavilə 30 aprel 1803-cü ildə Robert Livinqston, Ceyms Monro və Barb Morbois arasında Paris şəhərində imzalanıb.

Luiziananın satın alınması nəticəsində ABŞ əraziləri iki dəfə genişləndi. Bununla da Amerikada qərbə axın daha da sürətlənmiş, ölkənin genişlənməsi onun siyasi və iqtisadi gücünün daha da artmasına bir başa təsir göstərmişdir. Sonrakı illərdə satın alınan ərazi müxtəlif ştatlara bölünmüşdür. Luiziana, Missuri, Arkanzas, Ayova, Şimali Dakota, Cənubi Dakota, NebraskaOklahoma ştatlarının əraziləri tamamilə satın alınan torpaqlarda təşkil edilib. Kanzas, Kolorado, Vayominq, MontanaMinnesota ştatlarının isə bir hissəsi 1803-cü ildə Fransadan satın alınan ərazidə yerləşir. Ümumi satın alınan ərazilər ABŞ-nin 23% təşkil edir.