Luka Quqeşaşvili (gürc. ლუკა გუგეშაშვილი; 29 aprel 1999[1], Tbilisi[1]) — Gürcustanlı peşəkar futbolçu. Ağdamın "Qarabağ" klubunun və Gürcustan milli futbol komandasının qapıçısı.
Luka Quqeşaşvili | ||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||
Doğum yeri | Gürcüstan, Tbilisi | |||||||||||||||||||||||||||
Vətəndaşlığı | Gürcüstan | |||||||||||||||||||||||||||
Boyu | 196 | |||||||||||||||||||||||||||
Mövqeyi | qapıçı | |||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||
Klub | Qarabağ | |||||||||||||||||||||||||||
Nömrəsi | 23 | |||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
2015–16 mövsümünün qış fasiləsindən qabaq Quqeşaşvili Polşanın yüksək liqasında çıxış edən "Yagelloniya Belostok" klubu ilə müqavilə bağladı.[2] 2017-ci ildə o, icarə əsasında Polşanın dördüncü liqa klubu olan "Podlaşiya Bila Podlaska" klubuna transfer olunur.[3] 2018-ci ildə Luka Gürcüstanın yüksək liqa klubu olan "Dila Qori"yə icarəyə göndərildi.[4] 2019-cu ildə Quqeşaşvili icarə əsasında İspaniya La Liqasında çıxış edən "Rekreativo Qranada" klubunun əvəzedici heyətinə transfer olundu.[5] 2020-ci ildə o yenidən icarə əsasında "Dila Qori"yə qayıtdı.[6] 2022-ci ilin əvvəlində, qış fasiləsində o, icarə əsasında Azərbaycanın "Qarabağ" klubuna transfer olunub.[7] 1 fevral 2022-ci ildə "Qarabağ"ın heyətində "Keşlə"yə qarşı oyunda debüt edib.[8]