Gürcüstan milli futbol komandası — Gürcüstanı beynəlxalq futbol turnirlrində təmsil edən milli futbol komandası. Gürcüstan Futbol Federasiyası tərəfindən rəhbərlik edilir. Gürcüstan milli komandası ilk oyununu 1990-cı ildə hələ SSRİ mövcud olarkən oynamışdı.
Gürcüstan milli futbol komandası | |||
---|---|---|---|
Konfederasiya | UEFA (Avropa) | ||
Baş məşqçi | Willy Sagnol | ||
Stadion | Boris Payçadze stadionu | ||
FİFA Reytinqi | 91 ▬ (12 avqust 2021)[1] | ||
Ən yüksək nəticə | Gürcüstan 7-0 Ermənistan | ||
Ən aşağı nəticə |
Rumıniya 5-0 Gürcüstan Danimarka 6-1 Gürcüstan |
||
FİFA kodu | GEO | ||
Uniforma | |||
|
|||
İlk matç | |||
Gürcüstan 2:2 Litva |
Gürcüstan futbolçuları müstəqilliyə qədər bütün oyunlarda SSRİ yığmasının tərkibində iştirak edirdilər. Gürcüstan yığmasının keçirdiyi ilk oyun Gürcüstan hələ SSRİ-nin tərkibində olarkən keçirilib. 1990-cı il mayın 27-də keçirilən oyunda Gürcüstan yığması Litva yığma komandası ilə 2:2 heç-heçə oynayıb. Bu oyun Gürcüstanın yığmasının 9 aprel 1991-ci ildə elan olunmuş Gürcüstanın müstəqilliyinə qədər keçirdiyi yeganə oyun olub. Gürcüstan Futbol Federasiyası 1992-ci ildə UEFA və FİFA-nın üzvü olub.
17 illik tarixində Gürcüstan milli komandasının 5 əcnəbi baş məşqçisi — hollandiyalı Yohan Boskamp (1998-ci il), xorvatiyalı İvo Şuşak (2003-cü il), fransalı Alan Jiress (2004–2005-ci illər), almaniyalı Klaus Topmöller (2006–2008), argentinalı Ektor Kuper (2008–2009) olub. Ancaq nə onlar, nə də yerli məşqçilər böyük potensiala malik yığmanı dünya və qitə çempionatlarının heç pley-off oyunlarına çıxara biliblər[2]. 2009-cu ilin noyabr ayında komandanın baş məşqçisi vəzifəsinə Temuri Ketsbaya təyin olunub[3].
Futbol haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |