Lukka Yığıncağı

Lukka yığıncağı (Lukka şəhərində keçirildiyi üçün belə adlandırılıb) —e.ə. 56-cı ildə Qay Yuli Sezar ilə siyasi müttəfiqləri Qney PompeyMark Krass arasında baş tutmuş görüşdür. Həmi dövrdə Roma qarışıqlıq içində idi. Klodiusun populist kampaniyaları Krass və Pompey arasındakı münasibətləri pozmuşdu, habelə, həm Krass, həm də Pompey Sezarın Qalliya səfərində qazandığı şöhrətdən narahat idi. E.ə. 56-cı ilə qədər üç nəfər arasındakı bağlar pozulmuşdu.[1] Sezar əvvəl Krassı, sonra isə Pompeyi Lukkaya görüşə çağırdı. Bu görüş, tərəflər arasında yaradılmış I Triumvirat ittifaqını yenilədi. Pompey və Krass növbəti il keçiriləcək konsulluq seçkiləri üçün namizədliyə razılaşdılar. Seçiləndən sonra, Sezarın Qalliyadakı komandanlığı 5 illiyinə uzadılacaqdı. Krass isə Parfiya ilə müharibədə əlverişli rol oynayan Suriya valiliyini əldə edəcəkdi. Pompey isə Hispaniya vilayətini əlində saxlayacaqdı.[2] [3]

Plutarx yığıncağı belə təsvir ediri:

Sezar Qalliyadakı məsələləri həll etdikdən sonra, Romadakı planlarını həyata keçirmək üçün qışı Po çayı ətrafında keçirməyi qərara aldı. Tək ona görə yox ki, buradakı vəzifəyə namizədlər onun gücündən və maddi köməyindən istifadə edərək xalqa rüşvət verib seçkilərdə qalib gəlməyə çalışırdı, həm də ona görə ki, buraya gələn nüfuzlu şəxslə onun gücünü artıracaq bütün addımları atırdılar. Onu Lukkada görmək üçün gələnlər arasında Pompey və Krassla yanaşı, Sardiniya valisi Appius, Hispaniya prokonsulu Nepos, yüz iyirmi liktor və iki yüzdən çox senator var idi. Məclisdə aşağıdakı məsələlər həll edildi: Pompey və Krass növbəti il üçün konsul seçilməli idi. Sezar onlara səs vermək üçün növbəti beş il Qalliyadakı komandanlığı və pul əldə etdi. Bu, ağıllı insanlar üçün çox qəribə görünürdü. Sezardan pul alan şəxslər də, senatı Sezara pul verməyə çağırırdı. Gənc Kato orada deyildi, o qəsdən bir missiya bəhanə edilərək Kiprə yola salınmışdı. Əvəzində isə Katonun sərt davamçısı sayılan Favonius yığıncaqda heç bir müxalif addım ata bilmədi.Çünki əksəriyyət Pompey və Krassdan qorxurdu və ümidlərini bağladıqları Sezarı razı salmağa çalışırdılar.[4]

  1. Boak, "History of Rome", səh. 169.
  2. Cicero, Letters to his brother Quintus 2.3; Suetonius, Julius 24; Plutarch, Caesar 21, Crassus 14–15, Pompey 51
  3. Boatwright, Mary et al. The Romans: From Village to Empire, səh. 229.
  4. Plutarch, Caesar 21