Lunenberq basqını (ing.Raid on Lunenburg) — 1782-ci ilin 1 iyul tarixində Böyük Britaniya krallığının ərazisi olan Yeni Şotlandiya əyalətinin Lunenburq liman şəhərinə qarşı törədilmiş yağmalama hücumu. Dənizdən təşkil edilmiş hücuma, ABŞ ordusu adından Massaçusets ştatının Feyirhaven şəhərindən olan kapitan Noah Stoddard rəhbərlik etmişdir. Kapitan Noahın olduğu gəmindən başqa daha dörd gəmi və 170 ekipaj üzvü ilə birlikdə təşkil edilən hücum tarix ədəbiyyatlarına Yeni Şotlandiya əyalətinə qarşı edilmiş son böyük hücum kimi daxil olmuşdur.[9][10][11]