Lusiya gəvəni

Astragalus cornutus (lat. Astragalus cornutus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Astragalus cornutus
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz sıra dağlarının aşağı və orta dağ qurşaqlarında, Kiçik Qafqazda, Naxçıvanda kolluqlarda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 25–70 sm-ə çatan kolcuqdur. Zoğları ağ, sıx tüklüdür. Yarpaqları 5–6 (8) ədəd, cüt, ensiz-xətvari, ellipsvari, yaxud uzun, neştərvari olub, 2 sm uzunluğunda, 4 mm enində, ağ tüklüdür. Çiçək oxu yarpaqdan azca uzun, xırda, sıx, qara tüklüdür. Paxlası qısa, düz yönəlmiş, neştərvari, uzunsov, 2 sm uzunluqda və 4 mm enində, ağ tüklü, iki yuvalıdır. May-iyun aylarında çiçəkləyir, meyvəsi iyulda yetişir. Təbiətdə toxum vasitəsilə çoxalır.

Gilli, qumsal torpaqlarda, daşlı yamaclarda, quru sahələrdə bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan dağlarının yuxarı dağ qurşağında, Oxçaçay ərazisində, Quba-Şabran rayonunda dağlıq ərazilərdə təsvir edilmişdir. Arealı az olduğu üçün "Qırmızı kitab"a salınması tövsiyə edilir.

Yarpaqlarının tərkibində efir yağı vardır. Yaşıllaşdırmada tək əkinlərdə, çiçəkliklərdə istifadəsi məqsədyönlüdür.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Astragalus vimineus Pall.
  • Tragacantha cornuta (Pall.) Kuntze

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Astragalus cornutus var. angustifolius Krylov & Serg.
  • Astragalus cornutus f. prodanii Guşul.
  • Astragalus cretophilus Klokov
  • Astragalus fruticosus Ledeb.
  • Astragalus lussiae Rzazade
  • Astragalus odessanus Besser