Luzuriaga

Luzuriaga (lat. Luzuriaga) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin alströmeriyakimilər fəsiləsinə aid bitki cinsi. Cinsin elmi adı ispan botanik Don İqnatio de Luzuriaqanın şərəfinə verilmişdir.

Luzuriaga
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bitkinin vətəni Yeni Zelandiya, Çili, ArgentinaFolklend adalarıdır.[1][2][3][4][5] Cinsin nümayəndələrinin nazik, sürünən gövdəsi, kiçik, sadə yarpaqları, altıləçəkli, kasayabənzər ağ çiçəkləri və kürə şəklində ətli giləmeyvələri var.[6] Bitkinin giləmeyvələrinin rəngi ağdan tünd bənövşəyiyə, toxumlarının rəngi isə sarıdan qəhvəyiyə doğru dəyişir.[7]

Şəkil Ad Yayılma arealı
Luzuriaga marginata (Gaertn.) Benth. & Hook.f. Cənubi Çili, Cənubi Argentina, Folklend adaları
Luzuriaga parviflora (Hook.f. ) Kunth Yeni Zelandiya
Luzuriaga polyphylla (Hook.f. ) JFMacbr. Cənubi Çili
Luzuriaga radicans Ruiz və Pav. Cənubi Çili, Cənubi Argentina
  1. Kew World Checklist of Selected Plant Families Arxivləşdirilib 2023-07-27 at the Wayback Machine  (ing.)
  2. Rodríguez, R & C. Marticorena. 1987. Las especies del género Luzuriaga. Gayana Botánica 44: 3–15. (isp.)
  3. Moore, D. 1974. Catálogo de las plantas vasculares nativas de Tierra del Fuego. Anales del Instituto de la Patagonia, Punta Arenas, V 1–2.  (isp.)
  4. Arroyo, S. & B. E. Leuenberger. 1988a. Leaf morphology and taxonomy history of Luzuriaga. Willdenowia 17: 159–172.  (isp.)
  5. Arroyo, S. & B. E. Leuenberger. 1988b. A note on Luzuriaga marginata (Philesiaceae) from Patagonia. Herbertia 44: 17–21.  (isp.)
  6. "Luzuriaga". The AGS online Plant Encyclopaedia (ingilis). Alpine Garden Society. 2016-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2022.
  7. Klaus Kubitzki (red.). The Families and Genera of Vascular Plants (ingilis). Heydelberq: Springer-Verlag. 1998. 365–368. ISBN 3-540-64060-6.