LvivMozArt

LvivMozArtUkraynanın LvovBrodı şəhərlərində 2017-ci ildən ənənəvi olaraq hər il keçirilən beynəlxalq klassik musiqi festivalı. Festival Volfqanq Amadey Motsartın 1808-1838-ci illər aralığında Lvovda yaşamış oğlu Frants Ksaver Volfqanq Motsartın şərəfinə belə adlandırılmışdır[2].

LvivMozArt
Loqonun şəkli
Bəzi LvivMozArt konsertləri Lvov Opera və Balet Teatrında keçirilir, orta pəncərədəki elan da buna dəlalət edir
Janr klassik
Tarix 16-20 sentyabr 2021
Yer LvovBrodı, Ukrayna
Keçirildiyi illər 2017-h.h.[1]
Təşkilatçı Oksana Lıniv
Sayt lvivmozart.com
Brodıda açıq havada keçirilən LvivMozArt festivalı

Festivalın tarixçəsi[redaktə | mənbəni redaktə et]

LvivMozArt 2017[redaktə | mənbəni redaktə et]

İlk festivalda Frants Ksaver Volfqanq Motsartın bəzi musiqi əsərləri israilli pianoçu Yara Tal tərəfindən ifa edilmişdir. Həmçinin, Anna və Laura Handler bacılarının dueti və digər iştirakçıların çıxışı olmuşdur[3][4].

LvivMozArt 2018[redaktə | mənbəni redaktə et]

Festival zamanı ilk dəfə olaraq Lvov bəstəkarı Boqdan Seginin musiqiləri ifa edildi. Həmçinin, festivalın keçirildiyi yerlərdən biri olan Svirj qəsrində ukraynalı bəstəkar Dmitri Bortnyanskinin «Alkid» operasının ilk rejissor quruluşu təqdim edildi[5]. Festivalın sonunda Ukraynada ilk dəfə Volfqanq Amadey Motsartın 1764-cü ildə hazırlanmış skripkası ilə konsert ifa edildi. Bu skripka Motsart ailəsinin dünyada ən böyük şəxsi əşyalarının kolleksiyasına malik olan Motsarteum fonduna aiddir[6].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Great Success for Bechstein at the third LvivMozArt Festival". C. Bechstein. 2019. 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2021.
  2. "Novel History of Music". LvivMozArt.com (ingilis). 2022-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2021.
  3. "У серпні у Львові відбудеться перший масштабний фестиваль класичної музики LvivMozArt". zaxid.net (ukrayna). 2018-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-30.
  4. "Львов, Европа и – мир". day.kyiv.ua (rus). 2022-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-30.
  5. "Фестиваль LvivMozArt відкриється незвичним концертом". zaxid.net. 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-30.
  6. "Скрипка Моцарта та музиканти зі світовим ім'ям: у Львові стартував фестиваль MozArt (ФОТО, ВІДЕО)". Громадське радіо (ukrayna). 2018-07-14. 2018-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-30.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

П:  Mədəniyyət portalı П:  Musiqi portalı П:  Ukrayna portalı