Lyubomir İvanoviç (24 fevral 1882[1], Belqrad[2] – 23 noyabr 1945[1], Belqrad[2]) — Serb rəssamı və Serbiya Kral Akademiyasının üzvü. İlk serb impressionistlərindən biri hesab olunur.[3]
Lyubomir İvanoviç | |
---|---|
serb. Љубомир Ивановић | |
Doğum tarixi | 24 fevral 1882[1] |
Doğum yeri | |
Vəfat tarixi | 23 noyabr 1945[1] (63 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, incəsənət xadimi, qrafika ustası[d], illüstrasiyaçı[d], professor |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Lyubomir İvanoviç Serb Rəsm Məktəbində, daha sonra Belqradda Beta Vukanoviç və Risto Vukanoviçin İncəsənət və Sənətkarlıq Məktəbində oxuyub (1899-1905). Gənc rəssam ilk dəfə əsərlərini 1904-cü ildə ilk Yuqoslaviya rəsm sərgisində nümayiş etdirib. 1905-ci ildə Münhenə gedir və Anton Azbenin özəl rəssamlıq məktəbinə və Akademiyaya daxil olur (1905-1909). Təhsilini başa vurduqdan sonra Lyubomir İvanoviç vətənə qayıdır və gimnaziyada müəllim işləyir. Birinci Dünya Müharibəsi illərində İvanoviç xəstəxanada tibb köməkçisi idi. Bu dövrdə o, bir-iki əsər yaratmağa müvəffəq olur: 1915-ci ildə geri çəkilən ordunun anını əks etdirən “Uçuş” və “Düşmüş Əsgər” adlı rəsm. Müharibədən sonra Lyubomir İvanoviç Belqraddakı İncəsənət və Sənətkarlıq Məktəbində rəsm professoru olur. Belqradda Rəssamlar Assosiasiyasının yaradıcılarından biri (1919) və "Lada" bədii birliyinin üzvü olmuşdur. 1922-ci ildə Serbiya Kral Akademiyasının (sonralar Serbiya Elmlər və İncəsənət Akademiyası) üzvü olur. 1940-1945-ci illərdə Belqraddakı İncəsənət Akademiyasında qrafika və qravüra professoru vəzifəsində çalışmışdır. Rəssamın əsərlərini ölkə daxilindəki rəsm qalereyalarında və muzeylərində görmək olar. Lyubomir İvanoviç bəzi əsərləri Milan Yovanoviç Stoimiroviçin kolleksiyasındadır.[4]