Lyulyalyako — Cənubi Amerika vulkanı. Yer kürəsindəki ən hündür vulkan. Püskürməsinə görə dünyada altıncı vulkanı hesab edilir.[1]
Lyulyaylyako | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Atakama |
Dağ silsiləsi | And dağları |
Kraterin diametri | 2000 m |
Mütləq hündürlüyü | 6723 m |
Yerləşməsi | |
24°43′00″ c. e. 68°32′00″ q. u.HGYO | |
Ölkə | Argentina |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Lyulyaylyako Cənubi Amerikada hündürlüyünə görə (6379 m) altıncı dağdır. Dağ Atakama səhrası boyu geniş uzanan vulkanik böyük bir sahəni əhatə edir. Buradakı vulkan fəaliyyətdə olan ən hündür vulkandır. Dağ Çili və Argentina sərhəddində yerləşir.[2]
Bu dağ səhranın təsiri ilə qar xəttinin hündürdən keçməsi ilə fərqlənir (6500 metr). Belə ki, burada qar xətti Himalaydan 1001 metr, Kolumbiya və Ekvador ərazisində olan And dağlarından isə 2020 metr yüksəkdir. Bu, dünyada ən yüksək göstərici hesab olunur.[3]
Lyulyaylyako həmçinin məşhur arxeoloji abidə kimi də tanınır. Burada 1999-cu ildə ink tayfalarından olan 3 uşağın (4-5 yaşlarında qız və oğlan, və 13 yaşında qız) mumiyalaşmış meyidləri tapılmışdır. Uşaqların təxminən 500 il qabaq qurban edildikləri ehtimal edilir.[4]