Molla Məhəmməd Möhsün Feyz Kaşani (fars. ملا محسن فیض کاشانی; 15 sentyabr 1598, Kaşan, İsfahan ostanı və ya صفویلر – 22 may 1680, Kaşan, İsfahan ostanı və ya صفویلر) — İslam alimi.
Feyz Kaşani 14 səfər 1007-ci ilində Kaşan şəhərində elm və təqva dolu bir xanədanda dünyaya gəlib və miladi ilə 1670-cı ildə dünyadan köçüb. Atası Molla Fəthullah Kaşani və Ziyauddin Muhəmməd Razinin şagirdlərindən olan Rəziyuddin Şah Murtəza Kaşan Elmlər Hövzəsinin böyük fəqihlərindən olub. Anası alimə və şairə olan Zəhra Xatun Rey şəhərinin böyük alim və fəqihlərindən olan Ziyaul-Urəfa Razinin qızıdır.
Feyz Kaşani Şah Murtəzanın dördüncü uşağıdır. İki yaşında atasını itirdikdən sonra dayısı və əmisi onun və qardaşlarının təhsilini boynuna götürürlər. Feyz Kaşani digər qardaşlarından daha ağıllı olduğu üçün yetkinlik çağına qədər Kaşanda dayısı və əmisinin yanında müqəddimə elmini tamamlayır.
İyirmi yaşında böyük qardaşıyla birlikdə o dövrdə müxtəlif elm ustadlarının iqamət etdiyi elm mərkəzi İsfahana gedir.
Feyz Kaşani həcc yerinə yetirmək məqsədiylə Məkkəyə müşərrəf olur. Məkkədə böyük fəqih Şeyx Zeynuddin Amulinin nəvəsi Şeyx Muhəmmədin hüzurundan faydalanaraq ondan hədis nəql etmə icazəsi alır.
Məkkədən dönərkən İranın bir çox şəhərini gəzərək müxtəlif böyük fəqih və muhəddislərin dərslərindən elmi istifadələr edir. Bu dövrlərdə Molla Sədranın Qum şəhərində sürgündə tək başına yaşadığını fürsət sayaraq Əbdürrəzzaq Lahici ilə birlikdə onun yanında riyaziyyat və Qərbi elmləri öyrənmək qərarına gəlib, 8 il boyunca gecə gündüz ustadın o mənəvi elmlərindən istifadə edirlər.
Bu zaman içərisində (hicri 1029-1040) Molla Sədra iki qızını bu iki səmimi və xüsusi şagirdiylə evləndirərək onlara Feyz və Fəyyaz ləqəblərini verir. Molla Sədranın Şiraz hakimi tərəfindən Şiraza dəvət ediləndə Feyz Kaşani də ustadıyla birlikdə Şiraza gedir. Orada iki il iqamət etdikdən sonra Kaşana geri dönüb, Orada da təhsil, təlif və İslami təbliğat işləriylə məşğul olur.
Feyz Kaşani çox sayda şagird yetişdirib. Şagirdləri ustadlarının mənəviyyatından və elmindən istifadə edərək ondan hədis nəql etmə icazəsi alıblar.
Feyz Kaşani 84 yaşında doğum yeri olan Kaşanda vəfat edərək əbədiyyət yurduna köç etdi. Dostları və şiələrin gözyaşları arasında həyatdaykən satın alıb qəbristanlıq üçün vəqf etdiyi qəbrisitanlıqda torpağa verildi. Vəsiyyətinə əsasən məzarının üzərinə heç bir kölgəlik və məqbərə tikilmədi.
Feyz Kaşani ömrünü elm, təhsil və təliflə keçirib. Böyük şəxsiyyətlərdən faydalanaraq 18 yaşlarında kitab yazmağa başlayıb. 65 illik bərəkətli həyatında müxtəlif mövzularda təxminən 150 clid kitab yazaraq İslam və Şiə aləminə miras qoyub.